Tuesday, 22 September 2020, 19:18:18 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA missiyası Azәrbaycanda seçkilәri müşahidә edir

11 aprel 2018-ci il tarixində TÜRKPA Beynəlxalq müşahidəçilər missiyası Azərbaycanda keçirilən erkən Prezident seçkilərinin müşahidəsinə başlamışdır. Missiyaya Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan millət vəkilləri və TÜRKPA Katibliyinin diplomatik heyəti daxildir.

Seçkilər başladıqdan indiyə qədər TÜRKPA müşahidəçiləri 44 saylı Sumqayıt-Xızı seçki dairəsinin 1, 2, 12, 13 və 5 saylı məntəqələrini və 42 saylı Sumqayıt seçki dairəsinin 9, 10, 22 saylı seçki məntəqələrini ziyarət etmişdir. Sumqayıtdan sonra Türkiyə Böyük Millət Məclisinin üzvü Haluk İpekin başçılıq etdiyi TÜRKPA nümayəndə heyəti Xırdalan şəhərinə hərəkət edəcəkdir.