Saturday, 17 November 2018, 20:58:25 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

QDİƏTPA Baş katiblәrin 2-ci iclasını keçirmişdir

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında (QDİƏTPA) müşahidəçi statusa malik parlamentlərarası təşkilatların Baş katiblərinin də iştirakı ilə QDİƏTPA üzv parlamentlərinin Baş katiblərinin ikinci iclası 6 mart, 2018-ci ildə İstanbulda keçirilmişdir. İclasın əsas mövzusu "QDİƏTPA-nın 25-ci ildönümü: Gələcək Parlamentlərarası Əməkdaşlıq üçün Çağırışlar və Gözləntilər" olmuşdur.

TÜRKPA Baş katibi Altınbek Mamayusupov iclasda iştirak etmiş və TÜRKPA-nın QDİƏTPA-da müşahidəçi statusu çərçivəsində TÜRKPA və QDİƏTPA arasında perspektivli əməkdaşlıq sahələri üzrə çıxış etmişdir. Cənab Mamayusupov çıxışında həm Qara dəniz regionu, həm də Türkdilli ölkələrin qədim İpək Yolunun mühüm hissəsi olduğunu vurğulayaraq iki Assambleya arasında praktiki əməkdaşlıq məsələsinə toxunmuşdur. Həmçinin Baş katib region ölkələri arasında iqtisadi tərəfdaşlığın intensivləşdirilməsi məqsədilə parlamentarilər və işgüzar dairələr arasında dialoqun inkişafının əhəmiyyətini vurğulamışdır.