Wednesday, 23 October 2019, 20:03:06 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

8-ci Plenar iclas

TÜRKPA-nın 8-ci Plenar İclası, 20-21 noyabr 2018-ci il, İzmir
8-ci Plenar iclas
21.11.2018
20-21 noyabr, 2018-ci il tarixində Türkiyə Böyük Millət Məclisinin ev sahibliyində İzmir şəhərində TÜRKPA-nın Səkkizinci Plenar İclası baş tutmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədov, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri cənab Nurlan Niqmatulin, Qırğızıstan Respublikası Joqorku Keneşinin Sədri cənab Dastanbek Jumabekov, Türkiyə Böyük Millət Məclisinin Sədri, TÜRKPA-nın Fəaliyyətdə olan Sədri cənab Binali Yıdırım, eləcə də TÜRKPA-da müşahidəçi qismində Macarıstan Milli Assambleyasının Spikeri cənab Lazslo Köver və Özbəkistan Respublikasının Oliy Məclisinin Qanunvericilik Palatasının Sədr müavini cənab Hatamjon Ketmonov qonaq qismində iştirak etmişdir.