Saturday, 07 December 2019, 08:54:09 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

1-ci Plenar iclas

TÜRKPA-nın 1-ci Plenar İclası. Bakı, 29 sentyabr 2009-cu il
1-ci Plenar iclas
24.05.2012
29 sentyabr 2009-cu ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) I Plenar İclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədov, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri cənab Ural Muxamedjanov, Qırğız Respublikası Jogorku Keneşinin Sədri cənab Aytibay Taqayev, Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mehmet Əli Şahin, üzv dövlətlərin parlamentariləri və parlamentlərin aparat rəhbərləri iştirak edirdilər.
Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mehmet Ali Şahinin çıxışı
1-ci Plenar iclas
23.05.2012
Hörmətli parlament sədrləri, hörmətli parlament üzvləri, baş katiblər, hörmətli qonaqlar. Mən də sizin hamınızı böyük hörmətlə salamlamaq istəyirəm. TürkPA-nın I Plenar İclasında sizinlə birlikdə olmağımdan böyük məmnuniyyət hissi duyuram. İlk öncə ev sahibliyi edən Milli Məclisin Sədri, hörmətli qardaşım cənab Oqtay Əsədova öz minnətdarlığımı bildirirəm. Çünki doğrudan da özümüzü öz evimizdəki kimi hiss edirik və buna görə də cənab sədrə təşəkkürümü bildirmək istərdim.
Qırğız Respublikası Jogorku Keneşinin Sədri cənab Aytibay Taqayevin çıxışı
1-ci Plenar iclas
23.05.2012
Əziz qardaşlar, hörmətli Sədr, dəyərli millət vəkilləri və qonaqlar! Hər birinizi TürkPA-nın I Plenar İclasının başlaması münasibəti ilə təbrik edirəm. Bu toplantıya qədər görülən işlər bizim bu sahədə təcrübəmizi daha da artırdı. TürkPA tarixi kökləri bir olan, ortaq mədəniyyətə və dilə sahib olan qardaş ölkələrin parlamentarilərini bir yerə toplayaraq əhəmiyyətli beynəlxalq təşkilatın yaradılmasında vacib addım atır. Bu səbəbdən assambleyanın əhəmiyyətli təşkilatlardan biri olacağına heç şübhəmiz yoxdur.
Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri cənab Ural Muxamedjanovun çıxışı
1-ci Plenar iclas
23.05.2012
Hörmətli Sədr, dəyərli məsləkdaşlarım, xanımlar və bəylər! Tarixi və kökləri, dili və dini ortaq olan Türkdilli Ölkələrin Parlament Assambleyasının I Plenar İclasını Bakı şəhərində gerçəkləşdirən Azərbaycan Respublikası rəhbərliyinə, Milli Məclisə və onun Sədri hörmətli Oqtay Sabir oğlu Əsədova Qazaxıstan parlamenti və öz adımdan səmimi təşəkkürlərimi bildirirəm.
TÜRKPA-nın fəaliyyətdə olan sədri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədovun çıxışı
1-ci Plenar iclas
23.05.2012
Hörmətli həmkarlar! Xanımlar və cənablar! Türkdilli Ölkələrin Parlament Assambleyasının ilk plenar iclasında sizi ürəkdən salamlayıram. İclasda iştirak edən həmkarlarıma səmərəli və uğurlu iş arzulayıram. Ümidvaram ki, toplantıda aparılacaq fikir mübadiləsi, veriləcək tövsiyələr, qəbul ediləcək qərarlar ilk addımlarını atan təşkilatımızın səmərəli fəaliyyəti üçün möhkəm təməl yaradacaqdır.