Tuesday, 20 August 2019, 02:48:21 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA-nın 3-cü Plenar İclası. Bişkek, 14 - 15 iyun 2012-ci il

14-15 iyun 2012-ci il tarixində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilmiş TÜRKPA-nın III Assambleya Şurası və Plenar Sessiyası uğurla başa çatmışdır.

Sessiyanın işində TÜRKPA-nın üzv ölkələrindən olan Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oqtay Əsədov, Qazaxıstan Respublikası Parlamentinin sədri cənab Nurlan Niqmatulin, Qırğızıstan Respublikası Joqorku Keneşinin sədri cənab Asilbek Jeenbekov və Türkiyə Böyük Millət Məclisinin sədri cənab Cemil Çiçekin başçılığı altında nümayəndə heyətləri, eyni zamanda bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak etmişlər.

14 iyun 2012-ci il tarixində baş tutmuş Assambleya Şurasının III iclasında TÜRKPA-da sədrlik Qazaxıstan Respublikasından Qırğızıstan Respublikasına keçmiş, Şuranın üçüncü iclasının gündəliyi qəbul edilmiş, katibliyin 2011-ci il üçün Baş Katib tərəfindən təqdim edilmiş maliyyə və fəaliyyət hesabatları təsdiq edilmiş və dörd daimi komissiyaların katibləri seçilmişdir.

15 iyun tarixində keçirilmiş TÜRKPA-nın III Plenar Sessiyasında üzv ölkələrin parlament sədrlərinin və nümayəndə heyətlərinin, həmçinin beynəlxalq təşkilatlar İƏTPB (PUIC), Türk Konseyi (CCTS), QDİƏT PA (PABSEC), TDBB nümayəndələrinin çıxışları dinlənilmişdir. Daha sonra TÜRKPA Katibliyi tərəfindən hazırlanmış 2011-ci il fəaliyyətinə dair slayd şou təqdim olunmuş, daimi komissiyaların ilk iclaslarının hesabat məruzələri və tövsiyə qərarları qəbul edilmişdir. TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyasının Türkiyə, Qırğızıstan və Qazaxıstanda keçirilmiş prezident və parlament seçkilərinə dair yekun rəyləri dinlənilmişdir. Eyni zamanda yuxarıda qeyd edilmiş daimi komissiyaların sədr müavinləri seçilmiş, IV Plenar Sessiyanın 2013-cü ilin may ayında Türkiyə Respublikasında keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Plenar Sessiyada katibliyin 2013-cü il üçün büdcə layihəsi təsdiq edilmişdir.

Sonda TÜRKPA-nın III Plenar Sessiyasın yekun sənədi – Bişkek Bəyannaməsi qəbul edilmişdir.

Plenar Sessiyadan sonra üzv ölkələrin parlament sədrlərinin və baş katibin iştirakı ilə TÜRKPA-nın III Plenar Sessiyasının yekunlarına dair mətbuat konfransı keçirilmişdir.