3-cü Plenar İclas
TÜRKPA-nın 3-cü Plenar İclası. Bişkek, 14 - 15 iyun 2012-ci il
3-cü Plenar İclas
25.06.2012
14-15 iyun 2012-ci il tarixində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilmiş TÜRKPA-nın III Assambleya Şurası və Plenar Sessiyası uğurla başa çatmışdır.
Sessiyanın işində TÜRKPA-nın üzv ölkələrindən olan Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oqtay Əsədov, Qazaxıstan Respublikası Parlamentinin sədri cənab Nurlan Niqmatulin, Qırğızıstan Respublikası Joqorku Keneşinin sədri cənab Asilbek Jeenbekov və Türkiyə Böyük Millət Məclisinin sədri cənab Cemil Çiçekin başçılığı altında nümayəndə heyətləri, eyni zamanda bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak etmişlər.
TÜRKPA Baş katibi cənab Ramil Həsənovun çıxışı
3-cü Plenar İclas
25.06.2012
Cənab Sədr!
Hörmətli cənab Asilbek Jeenbekov, cənab Oqtay Əsədov, cənab Nurlan Nigmatulin, cənab Cəmil Çiçək!
Bildiyiniz kimi, Assambleyanın II plenar sessiyası 2011-ci ildə Astanada keçirilmişdir. TÜRKPA-nın II plenar sessiyası Azərbaycan, Qazaxıstan və Qırğızıstanın müstəqilliklərinin 20-ci ildönümünə həsr olunmuşdur. Astana sessiyasında TÜRKPA-nın beynəlxalq parlament təşkilatı olaraq möhkəmləndirilməsi məqsədi ilə vacib sənədlər qəbul edilmiş, 4 daimi komissiya qurulmuş, sədrlik rəsmən Azərbaycandan Qazaxıstana keçmiş, Astana Bəyannaməsi qəbul olunmuşdur.
TÜRKPA-nın Fəali̇yyətdə olan Sədrliyi
TÜRKPA-nın fəaliyyətdə olan sədri
Anonslar
19
May
"Pandemiyadan sonrakı dövrdə iqtisadiyyatın artımının sabitləşdirilməsində KOS-ların innovativ fəaliyyəti" mövzusunda seminar – 19 may 2022-ci il, Qazaxıstan
20
May
İqtisadi Əməkdaşlıq Komissiyasının “Pandemiyadan sonrakı iqtisadiyyat: KOS-lara dövlət dəstəyi” mövzusunda 9-cu iclası – 20 may 2022-ci il, Qazaxıstan
24
May
"TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması" mövzusunda konfrans — 24-25 may 2022-ci il, Azərbaycan