Thursday, 17 October 2019, 06:58:18 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri cənab Ural Muxamedjanovun çıxışı

Plenar iclasın hörmətli iştirakçıları!

Mənşəyinə və dilinə görə bir olan Türklər!

Qazaxıstan parlamentarilərinin adından, sizi yeni paytaxtımız olan –Astanada, qonaqpərvər Qazax torpağında salamlayıram.

Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan Respublikasının Milli Məclisinin, Axmatbek Keldibekovun başçılıq etdiyi Qırğızıstan Respublikasının Joqorku Keneşinin, Mehmet Ali Şahinin başçılıq etdiyi Türkiyə Respublikasının Böyük Millət Məclisinin nümayəndələrini görməyimizdən böyük şərəf hissi duyuruq.

Bizim bu günkü görüşümüzün məqsədi və əhəmiyyəti xüsusidir. Bu gün dünya birliyinin bərabər üzvləri olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan Respublikaları öz müstəqilliklərinin 20-ci ildönümünü qeyd edəcəklər. 2011-ci ildə Prezident Nursultan Nazarbayev Qazaxıstan xalqına üzünü tutaraq bildirdi ki: “Müstəqillik bizim əsas nailiyyətimiz, dəyərli qələbəmizdir”. Müstəqillik gənc dövlətin tarixində yeni dövrün başlamasına start verdi. Və bu stabil və dinamik inkişaf dövrü idi. Bu adı çəkilən dövlətlərin hər biri üçün problemlər və vacib məsələlər dövrü idi. Qazaxıstan problemlərini adlayaraq, uğur və böyük nailiyyətlər ilə XXI əsrə daxil oldu. Biz öz şəxsi yolumuzu tapmışıq və bu yol birlik ilə müdafiə olunan böyük potensial ilə dünyada yaxşı tanınmış dövlət statusuna istiqamətlənib.

Müstəqilliyi əldə etdiyi ilk gündən etibarən, iqtisadiyyatın əsaslarını yaratmaq dövlətin əsas taktikasına çevrilmişdir, Belə ki, yalnız güclü iqtisadiyyat sosial standartları artıra və real müstəqilliyi təmin edə bilər.

Bununla yanaşı, məqsədlərimizi reallaşdırmaq ümid etdiyimizdən daha çətin oldu. Bir tərəfdən Sovet İttifaqının iqtisadiyyatının dağılması və totalitar ideologiyanın miras qalması Qazaxıstanı yeni iqtisdiyyata başlamağa vadar etdi. Digər tərəfdən isə dövlət bazar iqtisadiyyatını yaratmalı idi, hansı ki, inkişaf etmiş dövlətlərin təcrübəsinə əsaslanaraq qısa müddət ərzində planlaşdırılmış iqtisadiyyatı əvəz etdi.

Əsas problemlərdən biri dünya iqtisadiyyat əlaqələrinə cəlb olunmaq idi. Beləliklə, biz öz bazarımızın qapılarını digər dövlətlərə açan zaman, qlobal proseslə üzləşdik. Və bu proses öz üstünlükləri ilə yanaşı öz zərərlərini də gətirdi.

Hal-hazırda biz qətiyyətlə bildirə bilərik ki, müxtəlif dövlətlərin təcrübəsi əsasında, biz öz iqtisadiyyatımızın müstəqilliyini əldə edə bilmişik. Müstəqillik illəri ərzində 122 milyard birbaşa xarici investisiya dövlətimizin iqtisadiyyatına daxil olmuşdur.

Bu 10 il ərzində, dünya cəmiyyəti Qazaxıstanın dinamik inkişafının şahidi olmuşdur. Hətta qlobal maddi iqtisadi krizis bizim inkişafımıza mane olmadı. Bunun təsdiqi kimi belə bir faktı göstərə bilərik ki, 2010-cu ildə ÜDM 140 milyard dolları keçməklə 7% artmışdır, bu isə adam başına 9000 dollar deməkdir.

Gənc dövlət inkişafda olan kiçik və orta biznesləri dəstəkləyir, hal-hazırda 2.5 milyondan artıq insan bu sahəyə cəlb olunub,onların istehsal etdiyi ÜDM-nin 32%-ni təşkil edir.

2002-ci ildən bəri, kənd sahələrinin inkişafına dair dövlət taktikası icra edilməkdədir. Bu sektor üzrə müxtəlif layihələr yerinə yetirilir və kənd təsərrüfatı sənaye kompleksləri ilə əlaqədar qanunvericiliyin genişləndirilməsinə dair qanunlar qəbul edilir.

Bu fəaliyyətlərə əsasən, kənd təsərrüfatı sənaye sektoru üzrə investisiyalar son 10 ildə 50 dəfə artmışdır.

Bu müddət ərzində kənd təsərrüfatı sənaye kompleksində sənaye məhsuldarlığı 3.5 dəfədən artıq, kənd təsərrüfatı məhsullarının ixracı isə 3 dəfə artmışdır.

Bütün iqtisadi islahatların və infrastruktur dəyişikliklərinin əsas məqsədi yaşayış standartlarını yeniləmək, Qazaxıstan əhalisinin sosial həyatını genişləndirməkdən ibarətdir. Son 10 il ərzində orta əmək haqqı 5.5 dəfə, təqaüd isə 6 dəfə artmışdır. Bu da onu göstərir ki, krizis zamanı əmək haqları və təqaüdlər 3 dəfə artmışdır.

Səhiyyə və təhsil sahələri həyat standartlarının əsas üstünlüyü və olduqca vacib göstəriciləri olmuşdur.

Son 10 il ərzində bu sahələrə ayrılmış büdcə məbləği 10 dəfə artmışdır. Bu tədbirlərə görə, 450 səhiyyə müəssisələri tikilib, 4000-dən artıq tibb mərkəzləri əsaslı təmir olunub və 750 məktəb və təhsil mərkəzləri açılmışdır.

Hazırda, 25000-dən artıq Qazaxıstan əhalisi aparıcı dünya universitetlərində təhsil alır.

Onlardan 4000 nəfərdən artığı Dövlət Bolashak Proqramı ilə maliyyələşdirilir. Biz eyni zamanda dövlət daxilində beynəlxalq səviyyədə təhsil almaq üçün müvafiq imkanlar yaradırıq. Beynəlxalq standartlara cavab verən Nazarbayev Universiteti və Nazarbayev intellektual məktəbləri buna gözəl nümunədir.

Qazaxıstanın iqtisadi nailiyyətləri siyasi islahatları yüngülləşdirib. Gələcək demokratiyalaşma və sivil cəmiyyətin yaradılmasına istiqamətlənən yeni siyasi proqram icra edilməkdədir.

Bununla əlaqədar 2007-ci ildə konstitusiya düzəlişləri siyasi yeniliyin vacib dövrü kimi qeydə alınırdı. Bu düzəlişlər Parlamentin rolunu gecləndirdi və siyasi partiyaların cəmiyyətə təsirini artırdı.

Müstəqillik dövrü zamanı, Qazaxıstan əhalisinin dünya görünüşündə böyük dəyişikliklər baş verdi. Bazar iqtisadiyyatının prinsiplərinə və qanun vasitəsilə hüquq və maraqların mühafizəsi Qazax cəmiyyətini səciyyələndirən cəhətlərə çevrildi.

Əziz dostlar!

Qazaxıstan vahid çoxmillətli cəmiyyətlərdən biri kimi öz müstəqillik dövründə daxili stabilliyi və cəmiyətin vahidliyini saxlamaq məqsədini güdür. 130-dan artıq etnik nümayəndələr arasında dostluq, sülh və birlik ildən-ilə daha da qüvvətlənir. 820 etno-mədəni cəmiyyətlərdən ibarət Qazaxıstan əhalisinin yığıncağı etnik daxili uyğunluğun əsas yaradıcısına çevrilir və bu sahədə əlverişli fəaliyyət göstərir. 2007-ci ildə edilən Konstitusiya düzəlişinə müvafiq olaraq, Məclisə İclasın 9 deputatının seçilməsinə icazə verildi.

Cəmiyyətimizdə etnik daxili müvafiqliyi yaratmaq üçün prezidentimiz tərəfindən təklif olunan konstruktiv taktikanı yerinə yetirərək, biz çox millətliliyi ziyan yox üstünlük hesab edirik. İqtisadiyyat ifadəsi Qazaxıstanın rəqabət üstünlüyünə çevrilmişdir. Bununla əlaqədar olaraq Qazax mədəniyyətinin innovasiyaya açılması mənəvi uyğunluğu əldə etmək üçün bir vasitəyə çevrildi.

Hörmətli Kolleqalar!

Müstəqilliyi əldə etdikdən sonra, müstəqil xarici taktikanın yaradılması ilə əlaqədar problem dövlətin yenidən bərpası ilə əlaqədar olan problemə əlavə olaraq peyda oldu.

Qazaxıstan Respublikasının tək regional cəmiyyətə deyil, həm də dünya cəmiyyətinə olan yardımı dünya tərəfindən qəbul olundu. Nüvə testlərini dayandırmaq, Semey test sahələrini bağlamaq və dünyada dördüncü yeri tutan nüvə silahından imtina etmək üçün Prezidentimizin tarixi təşəbbüsü bütün dünyanın diqqətini Qazaxıstana cəlb etdi və dövlətimiz ilə dostluq və əməkdaşlığın yaradılmasının effektivliyini nümayiş etdirdi.

Qazaxıstan Rusiya ilə yaxşı qonşu münasibətləri, Çin ilə stabil və effektiv əməkdaşlıq, ABŞ və AB üzv dövlətləri ilə strateji partnyorluq və Müsəlman dünyası ilə konstruktiv dialoqa istiqamətləndirilmiş balanslı diplomatiyanı dəstəkləyir.

Digər dövlətlərlə öz dostluq və açıq taktikasını inkişaf etdirməklə, Qazaxıstan, dövlətin gələcək inkişafı üçün mükəmməl imkanlar yaradıb.

Qazaxıstanlıların inteqrasiyaya olan təşəbbüsləri də həmçinin əhəmiyyətli rol oynayır. AQFETM(CİCA), MDB və Avrasiya Iqtisadi Birliyi bu taktikanın sübutlarıdır. SCO-nun potensialı da həmçinin böyükdü. Bu təşkilat çərçivəsində, beynəlxalq terrorizm, ekstremlik və separatism müdafiəsi üçün formul diqqətlə işlənib hazırlanmışdır.

Qazaxıstan Respublikasının Prezidentinin təşəbbüsü ilə Ənənəvi Din və Dünya Liderləri Konqresi dünya dinləri arasında qlobal dialoqun ayrılmaz hissəsinə çevrilmişdir. Təhlükəsizlik, din daxili və etnik daxili əməkdaşlıq problemlərinin həll edilməsində təcrübəmiz bizim ATƏT-də ki yerimizi möhkəmlətdi.

Qazaxıstan Türkdilli və Müsəlman dövlətlər arasında ilk Sədr dövlət seçildi. Prezidentimizin təşəbbüsü ilə 11 illik dövrdə Astanada keçirilən ilk sammit sədrliyin əla nəticəsi idi. Bu sammitdə qəbul edilən tarixi cəhətdən əhəmiyyətli Astana bəyannaməsi Avro-Atalntik təhlükəsizliyi ilə yanaşı Avroasiya təhlükəsizliyini də gündəliyə qoydu.

OİC-də növbəti Qazaxıstanlı sədrliyi, Şərq ilə Qərbi birləşdirən qızıl körpü kimi Qazaxıstanın missiyasını yerinə yetirməyə müsbət təsir göstərəcək.

Beləliklə, bu gün Qazaxıstan beynəlxalq cəmiyyət vasitəsilə qlobal səlahiyyət və tanınmadan yararlanaraq, xarici taktika üzrə müəyyən strategiyalı müstəqil bir dövlətə çevrildi.

Hörmətli kolleqalar,

Bu 20 illik müstəqilliyimizə qısa bir baxışdır hansı ki, öz tarixi əhəmiyyəti və inkişafını dəyərləndirən yüzilliklərə bərabərdir. Fəaliyyətlərimizin sübutu Nursultan Nazarbayevin president seçkisinin analizidir hansı ki, dünya cəmiyyəti vasitəsilə Qazax millətinin tanınması və inkişaf yolunu işıqlandırmışdır. Təxminən 90 faiz seçici seçkilərdə iştirak etmiş və onlardan 95 faizi prezidentə səs vermişdir. Dövlətimizin gələcək inkişafını nümayiş etdirməklə, Qazaxıstan əhalisinin vahidliyi və eyni zamanda öz kökünə etibarlılığı stabilliyin əsası və prezidentin səbrliliyi və taktikasıdır.

Əziz dostlar,

Qazaxıstan prezidentinin və Türk dilli dövlətlərin başçılarının təşəbbüsü ilə, Türkün tanınması ideyası genişləndirilib və yeni məzmun ilə zənginləşdirilmişdir. 2009-cu ilin oktyabr ayında Naxçıvan sammitində Türk dilli dövlətlərin əməkdaşlıq şurası təsis edilmişdir. Şura, Türk dilli millətlərin böyük potensiallı siyasi iqtisadi əməkdaşlığını genişləndirmək məqsədini güdür. Şuranın fəaliyyət çərçivəsi daxilində, dövlətlərimizin möhtərəm nümayəndələrindən ibarət şuranın müdrikləri öz işinə başlamışdır. Dövlət parlamentarilərini ümumi tarix, dil və din ilə birləşdirən Türk dilli millətlərin parlament assambleyası bu müsbət istiqaməti davam etdirir.

1994-cü ildə yaradılmış TÜRKSOY-un mədəni və mənəvi sahələrdə əməkdaşlıqlarımızın inkişafına yardımı olduqca böyükdür. Bu təşkilatın yardımı ilə, Türk millətlərinin mədəni sərvətlərinin, xüsusilə də tarixi və mədəni abidələrinin saxlanması və folklor ənənələrinin yenidən bərpası üzrə fəaliyyətlər effektiv surətdə yerinə yetirilir.

Astanada Türkiyə akademiyasının yaradılması bütün Türk dilli millətlər üçün vacib hadisə idi. Bu akademiya yalnız təhsil və mədəni mərkəz deyil, həm də dövlətlərimizin tarixi tədqiqat labarotoriyasına, etnoqrafiya və incəsənətinə çevrilmişdir.

Qətiyyətlə qəbul edirik ki, biz ümumi mədəniyyətimizi və tariximizi bölüşmürük, lakin biz bu sahələr üzrə olan maraqlarımızı bölüşürük.

Bütövlükdə Türk dilli millətlər ilə Qazaxıstanın əməkdaşlığı öz xarici siyasətində əsas yer tutur.

Qazaxıstan-Azərbaycan münasibətlərinə gəldikdə isə, iqtisadiyyat, enerji, nəqliyyat sektorlarında müştərək layihələr hazırlanmaqdadır. Bu layihələr arasından, Aktau dəniz limanı –məhdud iqtisadi ərazinin yaradılması, neft və qaz sahəsində strateji əməkdaşlıq üzrə razılaşma ilə yanaşı Trans-Xəzər layihəsinin müştərək icrası üzrə memorandumu göstərə bilərik. Xəzər höfzəsində bütöv infrastrukturanın yaradılması məqsədini güdən Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə neftin beynəlxalq bazarlara daşınmasını müdafiə etmək barədə razılıq böyük əhəmiyyət kəsb edir. Biz öz dövlətlərimiz arasında olan effektiv ticarət və iqtisadi əməkdaşlığa görə fəxr edirik. 2009-cu il ilə müqayisədə 2010-cu ildə ticarət dövriyyəsi 1.5 milyard dolları keçmişdir, bu 3/1 dəfə artmışdır ki, bu da dövlətlərimiz arasında olan əməkdaşlığın nəticəsidir. Azərbaycan millətinin dahi övladı Heydər Əliyev və Nursultan Nazarbayev arasında olan qarşılıqlı hörmətə əsaslanan əhəmiyyətli tədbirlər hələ də davam etməkdədir. Keçən il Avroasiya dövlət universitetində Heydər Əliyev adına otaq açılmış və azərbaycanın milli liderinin abidəsi bizim etibarlı münasibətlərimizə gözəl nümunədir.

Əsrlər boyunca yaxın münasibətdə olduğumuz Qırğız milləti ilə sıx qonşu və dostluq münasibətləri davam etməkdədir. Bütün problemlərin birlikdə şahidi olan və çətinliklərə üstün gələn, keçmiş zamanlardan öz sevinclərini daim bölüşən bu iki millət heç zaman bir-birilərini unutmur.

2010-cu ildə Qırğızıstan ilə ticarət dövriyyəsi 14 faizə kimi genişləndi. Qırğızıstanın iqtisdiyyat, nəqliyyat, sənaye, tikinti materiallarının istehsalı sahəsində, 400-dən artıq müəssisə Qazaxıstanın maliyyə dəstəyi altındadır. Qırğızıstanın iştirakı ilə 250-dən artıq müəssisə Qazaxıstanda qeydiyyata alındı. Bu müəssisələr ticarət, tikinti, turizm və nəqliyyat sahələrinə cəlb olunub.

ATƏT-in sədr dövləti kimi sülh və stabilliyi saxlamaq məqsədilə Qırğızıstanda baş tutan seçkilər zamanı, Qazaxıstan Qırğızıstanı dəstəkləmişdir ki, bu fakt da həmin dövləti dəstəkləməsinə bir nümunədir. Qırğızıstanın yeni qurulmuş Ali Şurası olan Joqorku Keneşinin Qazaxıstana səfəri iki dövlət arasında siyasi və iqtisadi əlaqələrə yeni təkan əlavə edəcək. Əgər əsrlərə gedib çıxan mədəni münasibətlərimizi qiymətləndirsək, açıq formada görərik ki, bizim dostluğumuz Toktoğul ilə Jambyl, Auezov ilə Aymatov arasında olan dostluq kimi inkişaf etmişdir.

Əziz dostlar,

Biz heç zaman unutmayacağıq ki, müstəqillik barədə qanun qəbul edilən zaman 16 Dekabr 1991-ci ildə Türkiyə Qazaxıstanın müstəqilliyini tanıyan ilk dövlət olmuşdur. Bu addım dostluq və etibara əsaslanan daimi əməkdaşlığımızın təməl daşıdır.

Bu anda Türkiyə Respublikasının təsisçisi, SSSR-də yaşayan Türk millətlərinin taleyini əvvəlcədən görən Kemal Atatürkün sözləri yadıma düşür: “elə bir zaman gələcək ki SSSR dağılacaq və dünyada bərabərlik yaranacaq. Sovet İttifaqının qanunları altında bizim ümumi dili, ümumi dini və mentaliteti olan qardaşlarımız vardır. Biz onları müdafiə etməyə hazır olmalıyıq”.

Bizim bu iki dövlətimiz 90-dan artıq olduqca geniş həcmli sənədləri rəsmiləşdirmişdir, onlardan ən əhəmiyyətlisi strateji əməkdaşlığa dair sazişdir (22 Oktyabr 2009). Hazırda Türkiyə Qazaxıstanın əsas ticarət və iqtisadiyyat partnyorlarından biridir. Keçən ilin nəticələrinə görə, dövlətlər arasında ticarət həcmi 1/3 dəfə artmışdır. 1993-cü ildən bəri Türkiyə biznesinin Qazaxıstan iqtisadiyyatına birbaşa investisiyaları 1.8 milyard ABŞ Dollarına kimi artmışdır. Qazaxıstan da öz növbəsində 2004-cü ildən bəri Türkiyə iqtisadiyyatına təxminən 500 milyon dollar investisiya qoymuşdur.

Təhsil sahəsində səmərəli münasibətlərimizin qarşıda duran nümunələrindən biri də Türkmənistanda H.A. Yassawe beynəlxalq Qazax-Türkiyə universitetidir. Hər il bu universitet Türk dilli dövlətlərdən 200 yüzlərlə tələbə qəbul edir. Bundan əlavə, Türkiyə hər il 125 Qazaxıstan tələbəsinin öz universitetlərində təhsil alması üçün imkan yaradır.

Türkiyə təsisçisi olan Kemal Atatürkün Astanadakı abidəsi və Qazaxıstanın birinci prezidentinin Ankaranın mərkəzindəki abidəsi iki dövlət arasında olan dostluğun real təzahürüdür.

Bizim Türkmənistan və Özbəkistan ilə olan ticarət, iqtisadiyyat və mədəniyyət əlaqələrimiz surətlə imkişaf edir. Enerji və yanacaq sektorunda Türkmənistan ilə əlaqələr əhəmiyyətli dərəcədə perspektivlərə malikdir. Bundan əlavə, Xəzər Dənizində yeni dəniz marşrutlarının açılması və yolların yenidən bərpası ilə əlaqədar problemlərə hazırda baxılır.

Əbədi dostluq münasibətləri barədə 1988 sazışı daxilində, gözlənildiyi kimi Özbəkistan ilə dost münasibətləri yaradılmaqdadır.

Effektiv ticarət və iqtisadi əlaqələrin missal çəkilməsi faktdir ki, 2009-cu il ilə müqayisədə, əmtəə dövriyyəsi 3/1 dəfə artmış və 1.5 milyard dolları keçmişdir.

Möhtərəm qardaşlar,

Türk millətləri üçün öz qarşılıqlı mənəvi dəyərlərini yeniləmək və bütün dünyaya çatdırmaq vaxtı gəlib çatmışdır. Tariximiz bunu bizim üçün mümkün edir. İmkanlarımızdan istifadə etmək üçün biz öz əlaqələrimizi daha da sıxlaşdırmaq və bir-birimizi daha yaxından tanımaq üçün cəsarətli addımlar atmalıyıq.

Bu məqsədlərin əldə olunması üçün bizdən tələb olunur ki, parlamentarilər struktur çərçivəsi daxilində parlamentdaxili diplomatiya sadələşdirilsin. Qanunvericilikdə vacib ahəngin əldə edilməsi, yerli qanunların əlaqələndirilməsi və inteqrasiya proseslərinin inkişafı bizi böyük imkanlarla təmin edir.

Bununla əlaqədar bizim yerli qanuni sistemlərimizin əlaqələndirilməsində TURKPA-nın potensialını xüsusi qeyd etmək istərdim.

Türk dilli dövlətlərin parlament assambleyası gənc bir təşkilatdır. Xatırladaq ki, müstəqilliyin ildönümü bizim görüşümüzün əhəmiyyətli məqsədidir, heç bir şübhə yoxdur ki, TURKPA nüfuzlu bir təşkilatdır hansı ki, beynəlxalq arenada Türk dünyasının mövqeyini qüvvətləndirmək üçün böyük bir potensiala malikdir. Nəticə etibarı ilə, sizi əmin edə bilərəm ki, Qazaxıstan kolleqaları TURKPA-nın bütün təşəbbüslərini və ümumi məqsədlərə və vəzifələrə istiqamətləndirilmiş təkliflərini dəstəkləyəcək.

Diqqətinizə görə minnətdaram!