Wednesday, 13 November 2019, 11:12:56 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Qırğızıstan Respublikası Joqorku Keneşinin sədri cənab Ahmatbek Keldibekovun çıxışı

Hörmətli cənab Sədr!

Hörmətli həmkarlar, xanımlar və cənablar!

İcazənizlə Qırğızıstan Respublikası Parlamentinin nümayəndə heyəti adından hamınızı salamlayır və Türkdilli Dövlət Başçılarının 8-ci sammiti dövründə Qazaxıstan Respublikasının Prezidenti cənab N. Nazarbayevin təşəbbüsü ilə yaradılan Türkdilli Ölkələrin Parlament Assambleyasının II plenar sessiyasının təşkilatçılarına dəvətlərinə görə təşəkkürümü bildirmək istəyirik və həmçinin, bu tədbirin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığımızı ifadə edirik.

TÜRKPA-nın bu sessiyası keçmiş Sovet ölkələrinin 20 il bundan öncə müstəqillik əldə etmələrinin və dünya birliyinə tam üzv kimi daxil olmalarının il dönümünə həsr olunur.

31 avqust 1991-ci il tarixində Qırğızıstan Parlamenti müstəqillik bəyannaməsini qəbul edərək müstəqil ölkəyə çevrilmiş və çoxəsirli tarixinin yeni mərhələsində öz inkişaf yoluna başlamışdır. 1992-ci ildə dövlətçiliyin əsas rəmzləri olan bayraq və gerb qəbul olunmuşdur. Mühüm hadisə - Qırğızıstanın ilk müstəqillik konstitusiyasının qəbul edilməsi 5 may 1993-cü ildə baş tutdu. O gündən bəri bizim ölkə Qırğızıstan Respublikası, onun ali orqanı isə Joqorku Keneş adlanır. 10 may 1993-cü il tarixində bizim Respublika postsovet məkanında öz yeni milli valyutasını(Som) qəbul edən ilk ölkələrdən biri olmuşdur. Beləliklə, Qırğızıstan Respublikası hüquqi və faktiki müstəqil dövlət oldu.

Yeni dövlət ağır və mürəkkəb şəraitdə qurulmuşdur. Ölkəmizin tarixin yeni mərhələsində sürətli inkişafı üçün lazimi ilkin sərait mövcud deyildir. Sovet dövründə qurulan bütün iqtisadi əlaqələrin kəsilmiş, demək olar ki, bütün sənaye dayandırılmış və dərin iqtisadi böhrana düşmüşdür. Bütün bu proseslər əhalinin yaşayış səviyyəsinə mənfi təsir göstərmiş və onun kəskin azalmasına səbəb olmuşdur.

Qısaca desək Qırğızıstan kritik bir durumda idi. Bundan dolayı ölkənin iqtisadi və siyası strukturunda islahatlar həyata keçirmək zəruri idi.

O dövrdə ölkə rəhbərliyi dövlət idarəçiliyi, siyasi struktur, iqtisadiyyat, sosial xidmət, mədəni və bütövlüklə ictimai həyatın bütün sahələrində islahatların keçirilməsinə qərar vermişdirlər. Hakimiyyətin yeni strukturu demokratik bölgüyə əsaslanır. Sözün əsl mənasında Respublikada söz və din azadlığı təmin edilir, çox saylı partiyalar və qeyri-hökümət təşkilatları mövcuddur.

Amma təəssüf ki, keçirilmiş islahatlar yaşayış səviyyəsinin standartlarını artırmadı və Qırğızıstan Respublikasının vətəndaşlarının inkişafını təmin etmədi. Buna görə biz yaşayış səviyəsi yüksək olan çox ölkələrdən geridəyik.

Islahatlara baxmayaraq, biz dövlət strukturunun və dövlət idarəçiliyin quruculuq prosesini iflasa uğratdıq.

Hakimiyyət insanlarla münasibətdə təziq göstərməyə və vətəndaşların hüquq və azadlıqlarına məhtudiyyət qoyub, güc tədbiq etməyə başlamışdır. Nəticədə xalq iki dəfə hakimiyyətə qarşı inamını itirmiş və onun istefasını tələb etmişdir.

2010-cu il ölkəmizin yeni tarixində millətin sınağı, ümidləri və optimizmi dövrü kimi xüsusi yer tutur. Aprel ayında insanlar kütləvi etirazları ilə ölkə prezidentini istefaya və onu ölkəni tərk etməyə məcbur etdilər. İyun ayında ölkənin cənubunda separatçılar və ekstrimistlər etnik toqquşmaya səbəb oldular. Təəssüf ki, həlak olanlar və zərər çəkənlər var idi. Və bu ağır məqamda da bizim millət provokasiyanın, düşmənçiliyin və nifrətin yaranmasına imkanı vermədən, öz dözümlüyünü və müdrikliyini göstərdi.

Bu faciəli hadisələrdən bir il ötdü və bu gün Respublikadakı vəziyyət stabilləşib, münaqişə edən tərəflər arasında dialoq və münasibətlərin bərpası, evlərin və digər obyektlərin yenidənqurmaişləri gedir.

Bununla belə, mən insanlara və türkdilli ölkələrin başçılarına, Qazaxıstan və Türkiyəyə sözü gedən hadisələr zamanı dəstəyə və humanitar yardıma görə öz dərin minnətdarlığımı bildirmək istəyirəm.

Dediyim kimi keçən il təkcə çətinlik və mübarizə deyil, həmçinin ümidlər və optimizm ili kimi tarixə yazıldı. 2010-cu ilin iyun ayında keçirilmiş ümumxalq səsverməsi nəticəsində Qırğızıstanda mövcud olan keçmiş keçmiş sistemə bənzəməyən yeni hökumətinin formalaşmasına əsasən konstitusiya qəbul olundu.

İndi Joqorku Keneş hökümət ilə birlikdə ölkənin iqtisadı və sosial vəziyyətinə görə cavabdehdir. Sadəcə ona görə ki, parlament çoxluğundan asılı olmayaraq, ali icraçı orqanını özündə əks etdirir.

Bu səbəbdən keçən ilin oktyabr seçkilərində koalisiya hökuməti vasitəsi ilə yeni Joqorku Keneş formalaşdı. Beləliklə, Qırğızıstanda bütün qanuni səlahiyyətlər yaradılmışdır. Bu gün bütün sahələrə sərf olunan güc gələcəkdə stabilliyin artmasına, yaşayış səviyyəsinin yüksəlməsinə və yaxşılaşmasına yönəldilib. Qeyd etmək istəyirəm ki, Parlament Respublikası olaraq, ilk addımlar atmaq asan deyil. Bizim parlamentarizmdə təcrübəmiz olmayıb və ictimaiyyətin ona ümidləri yüksək olub, lakin indi bəzi qurumlar arasında narazılıq yaşanır. Bunlara baxmayaraq, insanlar və hökumət çalışırlar ki, seçdikləri yolu əsas tutaraq, inkişafa nail olsunlar.

Bu gün Qırğızıstan çox dövlətlər və beynəlxalq təşkilatlar üçün cəlbedicidir və dünya birliyində onun haqqındakı fikir müsbət istiqamətə dəyişir. Başda türkdilli dövlətlər olmaqla, iqtisadi institutlar və investorlar tərəfindən bizimlə əməkdaşlığa hazırlıq nümayiş etdirilib.

Sənaye obyektlərinin, avtomagistralların, su-elektrik stansiyalarının, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikilməsi, təbii ehtiyatların qorunması və zənginləşdirilməsi kimi və digər layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Bu tədbirdə çıxış edərək ölkəmizin qonşu və uzaq ölkələrlə münasibətlər məsələsinə toxunmalıyam.

Demək istərdim ki, Qırğızıstanda hakimiyyətin dəyişməsinə baxmayaraq, ölkəmizin xarici siyasəti dəyişməmişdir. Seçilmiş hərtərəfli əməkdaşlıq, qonşuluq münasibətləri, regional və qlobal problemlərin həllində aktiv iştirak hələ də güvvədədir. Bu günə kimi bizim hər hansı bir dövlətlə ziddiyətimiz və münaqişəmiz olmayıb.

Fürsətdən istifadə edərək, Azərbaycan, Qazaxıstan və Türkiyədən olan Sədr-həmkarlarımdan bu ilin oktyabr ayında keçiriləcək BMT-nın 65-ci Baş Assambleyasında Qırğızıstanın 2012-2013-cü illər üçün BMT-nin Təhlükəsizlik Şurasına daimi olmayan üzvü seçilməsində namizədliyini dəstəkləyəsiniz. Düşünürəm ki, bizim ölkənin aktiv xarici siyasəti, regiondakı bəzi problemlərin həllində, xüsusilə də Əfqanıstandakı vəziyyətin çözülməsində və Mərkəzi Asiyanın təhlükəsizliyində və ətraf mühitin qlobal problemlərində iştirakı, bu cür nüfuzlu beynəlxalq təşkilatın bir hissəsi olmağına imkan verir.

Onu da qeyd etmək istərdim ki, ölkəmiz TÜRKPA-nın gələcək fəaliyyətində aktiv və etibarlı iştrak etməyi planlaşdırır. Bununla belə Qırğızıstan Respublikası Joqorku Keneşi Türkdilli Ölkələrin Parlament Assambleyasının III plenar sessiyasını may-iyun 2012-ci il tarixində ölkəmizin paytaxtı Bişkekdə keçirməyə hazır olduğunu ifadə edir.

Hörmətli İştirakçılar!!

20 illik müstəqillik dövründə respublika tarixi bir yol keçmişdir. Dəyişikliklər nəticəsində Qırğızıstan tanınmaz dərəcədə dəyişdi. Bu gün bu bir dinamik inkişaf edən bir vətəndaş cəmiyyəti, aktiv çox partiyalı sistemi, siyasi baxışın çoxluğu və bazar iqtisadiyyatı olan bir dövlətdir. Qırğızıstan xalqının gələcəyə nikbin baxmaq üçün bütün əsasları var.