Wednesday, 23 October 2019, 19:53:08 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

2-ci Plenar iclas

TÜRKPA-nın 2-ci Plenar İclası. Astana, 27 - 28 aprel 2011-ci il
2-ci Plenar iclas
29.05.2012
27-28 aprel 2011-ci il tarixlərində Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının II plenar sessiyası keçirilmişdir. Plenar sessiya Azərbaycan, Qazaxıstan və Qırğızıstanın müstəqilliklərinin 20-ci ildönümünə həsr olunmuşdur.
TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri cənab Ural Muxamedjanovun çıxışı
2-ci Plenar iclas
29.05.2012
Plenar iclasın hörmətli iştirakçıları! Mənşəyinə və dilinə görə bir olan Türklər! Qazaxıstan parlamentarilərinin adından, sizi yeni paytaxtımız olan –Astanada, qonaqpərvər Qazax torpağında salamlayıram. Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan Respublikasının Milli Məclisinin, Axmatbek Keldibekovun başçılıq etdiyi Qırğızıstan Respublikasının Joqorku Keneşinin, Mehmet Ali Şahinin başçılıq etdiyi Türkiyə Respublikasının Böyük Millət Məclisinin nümayəndələrini görməyimizdən böyük şərəf hissi duyuruq.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədovun çıxışı
2-ci Plenar iclas
29.05.2012
Hörmətli həmkarlar, Əziz dostlar, Xanımlar və cənablar, Əsrlər boyu türk dünyasının mütəfəkkir insanları türk birliyi haqqında düşünsələr də, bu ideyanın həyata keçməsi üçün real şərait yalnız XX əsrin sonlarında yaranmışdır. Sovetlər Birliyinin dağılması, dünyanın siyasi xəritəsinə Türkiyə Cümhuriyyəti ilə yanaşı, 5 yeni türkdilli dövlətin əlavə edilməsi xalqlarımızın tarixi taleyinin öz məcrasına qayıtmasına təkan vermişdir.
Qırğızıstan Respublikası Joqorku Keneşinin sədri cənab Ahmatbek Keldibekovun çıxışı
2-ci Plenar iclas
29.05.2012
Hörmətli cənab Sədr! Hörmətli həmkarlar, xanımlar və cənablar! İcazənizlə Qırğızıstan Respublikası Parlamentinin nümayəndə heyəti adından hamınızı salamlayır və Türkdilli Dövlət Başçılarının 8-ci sammiti dövründə Qazaxıstan Respublikasının Prezidenti cənab N. Nazarbayevin təşəbbüsü ilə yaradılan Türkdilli Ölkələrin Parlament Assambleyasının II plenar sessiyasının təşkilatçılarına dəvətlərinə görə təşəkkürümü bildirmək istəyirik və həmçinin, bu tədbirin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığımızı ifadə edirik.
TÜRKPA Baş katibi cənab Ramil Həsənovun çıxışı
2-ci Plenar iclas
29.05.2012
Hörmətli cənab Ural Muxamedjanov, cənab Oqtay Əsədov, cənab Axmetbek Keldibekov, cənab Mehmet Ali Şahin! 2006-cı ildə Qazaxıstan Respublikasının Prezidenti cənab Nursultan Nazarbayev Türkdilli Ölkələrin Dövlət Başçılarının VIII Sammitində TÜRKPA-nın yaradılması ideyası ilə çıxış etmişdir.