Monday, 14 October 2019, 19:18:41 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

“TÜRKPA ilk 10 ildə və Parlamentlərarası Əməkdaşlığın Gələcəyi: Əməkdaşlığa Yeni Yanaşmalar” adlı beynəlxalq konfrans

20 noyabr, 2018-ci il tarixində, İzmirdə TÜRKPA-nın Səkkizinci Plenar iclası çərçivəsində “TÜRKPA ilk 10 ildə və Parlamentlərarası Əməkdaşlığın Gələcəyi: Əməkdaşlığa Yeni Yanaşmalar” adlı beynəlxalq konfrans keçirilmişdir.

TÜRKPA-nın 10 illiyinə həsr edilmiş konfransda üzv parlamentlərin sədrləri, Macarıstan Milli Assambleyasının Spikeri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri, eləcə də elm xadimləri və akademiklər iştirak etmişdir.

TÜRKPA-nın 10 illik fəaliyyətini əks etdirən videonun nümayişindən sonra konfransın açılışında Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədov, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri cənab Nurlan Niqmatulin, Qırğızıstan Respublikası Joqorku Keneşinin Sədri cənab Dastanbek Jumabekov, Türkiyə Böyük Millət Məclisinin Sədri, TÜRKPA-nın Fəaliyyətdə olan Sədri cənab Binali Yıdırım və Macarıstan Milli Assambleyasının Spikeri cənab Lazslo Köver çıxış etmişdir.

Açılışdan sonra keçirilən mükafatlandırma mərasimində cənab Binali Yıldırım cənab Dastanbek Jumabekova TÜRKPA-nın "Göstərdiyi xidmətlərə görə" Medalını təqdim etmişdir.

Konfrans üç sessiya ilə öz işinə davam etmişdir.