Monday, 14 October 2019, 19:40:11 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyasının ikinci iclası

TÜRKPA Sosial, mədəni və humanitar məsələlər Komissiyasının 2-ci iclası 5 aprel, 2013-cü il tarixində Ankara şəhərində keçirilmişdir. Komissiyanın 2-ci iclası Türkiyə Parlamentində baş tutmuşdur. İclasda “Ortaq Türk Terminologiya fondunun yaradılmasına dair əsas məsələlər” mövzusu ilə bağlı hesabat məruzəsi və tövsiyə qərarı müzakirəyə çıxarılmışdır.

Komissiyanın işində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə millət vəkilləri, TÜRKPA Beynəlxalq Katibliyinin əməkdaşları iştirak etmiş, komissiya üzvlərinin məruzələri və çıxışları dinlənilmiş, mövzu ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Komissiyanın iclasında, TÜRKPA-nın cari ilin iyun ayında Ankarada keçiriləcək 4-cü plenar sessiyasında təqdim edilməsi məqsədi ilə Ortaq Türk Terminologiya fondunun yaradılmasına dair əsas məsələlər barədə hesabat sənədi və gələcək fəaliyyət üçün tövsiyə qərarının qəbul edilmişdir. Eyni zamanda Komissiyanın 3-cü iclasının yeri, tarixi və gündəliyi müəyyənləşdirilmişdir.

Eyni zamanda, bir öncəki iclasda qəbul edilmiş Bilge Korkut təhsil proqraminin həyata keçirilməsi ilə bağlı hesabat məruzəsi Komissiyanın sədri cənab Garifolla Yesim tərəfindən təqdim edilmişdir.