Wednesday, 13 November 2019, 14:32:31 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyası

TÜRKPA Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyasının altıncı iclası
TÜRKPA Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyası
14.09.2018
TÜRKPA Sosial, Mәdәni və Humanitar Mәsәlәlәr Komissiyasının altıncı iclası 14 sentyabr, 2018-ci il tarixində Qırğızıstan Respublikası Joqorku Keneşinin ev sahibliyində və Komissiya sədri və Qırğızıstan Parlamentinin üzvü cənab Sadık Şer-Niyazın sədrliyi ilə Bişkekdə keçirilmişdir. Komissiya iclasından öncə Türk Kino Günləri açılış mərasimi, eləcə də ekspertlər, mədəniyyət nazirliklərinin nümayəndələri, film rejissorları, Milli Film Studiyalarının nümayəndələri, animatorlar və film analitiklərinin seminarı baş tutmuşdur.
TÜRKPA Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyasının beşinci iclası
TÜRKPA Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyası
06.02.2018
24 may 2016-cı ildə Astanada Qazaxıstan Parlamenti Məclisinin ev sahibliyində TürkPA-nın sosial, mədəni və humanitar məsələlər komissiyasının beşinci iclası baş tutmuşdur. Qırğızıstan Parlamentinin millət vəkili və komissiyanın sədri cənab Sadık Şer-Niyazın rəhbərlik etdiyi iclasda üzv ölkələrin millət vəkilləri, eləcə də Türk Şurası və TÜRKSOY-un nümayəndələri iştirak etmişdir.
TÜRKPA Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyasının dördüncü iclası
TÜRKPA Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyası
06.02.2018
2 dekabr 2014-cü il tarixində Bakıda, Azərbaycan Respublikasının Milli Məclisində Komissiyanın Sədr müavini, Azərbaycan Respublikası Parlamentinin üzvü xanım Sevinc Hüseynovanın sədrliyi ilə TÜRKPA-nın Sosial, Mədəni və Humanitar Kommissiyasının dördüncü iclası keçirilmişdir. İclasın gündəliyinin əsas mövzusu TÜRKPA üzv ölkələri arasında informasiya axınının artırılması olmuşdur.
TÜRKPA Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyasının üçüncü iclası
TÜRKPA Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyası
06.02.2018
15 aprel 2014-cü il tarixində, Qırğızıstanın paytaxtı Bişkek şəhərində TÜRKPA-nın Sosial, Mədəni və Humanitar işlər Komissiyasının 3-cü toplantısı keçirilmişdir. Komissiyanın Sədri vəzifəsini icra edən Qırğızıstan Joqorku Keneşinin üzvü xanım Urmat Amanbayeva TÜRKPA üzv ölkələrindən olan parlamentarilər və ekspertlər tərəfindən müzakirə edilən Türk dillərinin inkişafı mövzusuna dair hesabatı təqdim etmişdir.
TÜRKPA Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyasının ikinci iclası
TÜRKPA Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyası
06.02.2018
TÜRKPA Sosial, mədəni və humanitar məsələlər Komissiyasının 2-ci iclası 5 aprel, 2013-cü il tarixində Ankara şəhərində keçirilmişdir. Komissiyanın 2-ci iclası Türkiyə Parlamentində baş tutmuşdur. İclasda “Ortaq Türk Terminologiya fondunun yaradılmasına dair əsas məsələlər” mövzusu ilə bağlı hesabat məruzəsi və tövsiyə qərarı müzakirəyə çıxarılmışdır.
TÜRKPA Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyasının birinci iclası
TÜRKPA Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyası
06.02.2018
TÜRKPA Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyasının birinci iclası 24-25 noyabr, 2011-ci ildə Astanada keçirilmişdir. İclasda Bilge Qorqud proqramı üzrə hesabat və təkliflər, Türkdilli xalqlar arasında sosial, mədəni və humanitar əlaqələrin yeni mərhələsi müzakirə olunmuşdur.