Friday, 20 September 2019, 00:53:39 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının altıncı iclası

31 oktyabr, 2018-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyində Bakıda baş tutmuş TÜRKPA-nın Hüquq Mәsәlәlәri vә Beynәlxalq Əlaqәlәr Komissiyasının Altıncı İclasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan millət vəkilləri və ekspertlər iştirak etmişdir. İclas gündəliyinin əsas maddəsi "TÜRKPA üzv dövlətlərinin anti-terrorizm qanunvericilikləri üzrə ortaq mövqeyin formalaşdırılması" olmuşdur.

İclasa TÜRKPA-nın Hüquq Mәsәlәlәri vә Beynәlxalq Əlaqәlәr Komissiyasının sədri və Türkiyə Böyük Millət Məclisinin üzvü cənab İsmet Uçma sədrlik etmişdir. Terrorizmə qarşı mübarizə üzrə beynəlxalq müqavilələrdə iştirak etmək ehtiyacını vurğulayan iştirakçılar terrorizmə qarşı mübarizə mövzusunda fikir mübadiləsi aparmış və məsələ ilə bağlı qarşılıqlı hüquqi yardımı müzakirə etmişdir.

Komissiya 20-21 noyabr, 2018-ci ildə Türkiyədə keçiriləcək TÜRKPA-nın 8-ci Plenar İclasına təqdim edilməsi üçün mövzu ilə bağlı hesabat məruzəsi və tövsiyə qərarını təsdiq etmişdir. İclas gündəliyinə həmçinin Katibliyin yeni Maliyyə Əsasnaməsinin, eləcə də Göstərdiyi xidmətlərə görə Medalı və Medal vəsiqələri üzrə Əsasnamənin müzakirəsi daxil edilmişdir.