Tuesday, 18 June 2019, 19:43:08 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyası

TÜRKPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyası dördüncü iclası
TÜRKPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyası
14.09.2018
TÜRKPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının dördüncü iclası 14 sentyabr, 2018-ci il tarixində Qırğızıstan Respublikası Joqorku Keneşinin ev sahibliyində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan millət vəkillərinin iştirakı ilə Bişkekdə keçirilmişdir. İclas gündəliyinin əsas maddəsi "Geni Dəyişdirilmiş Orqanizmlərin Yayılmasının Təsiri" olmuşdur.
TÜRKPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyası üçüncü iclası
TÜRKPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyası
06.02.2018
Qazaxıstan Respublikası Parlament Məclisinin ev sahibliyində TÜRKPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının üçüncü iclası 22 iyun, 2017-ci il tarixində Astanada baş tutmuşdur. Üçüncü iclasın gündəliyinin əsas maddəsi “Üzv ölkələrdə alternativ enerji mənbələrinin inkişafı” olmuşdur. İclas bərpa olunan enerji mənbələrinin inkişafına həsr olunmuş EXPO-2017 Astana Beynəlxalq İxtisaslaşdırılmış Sərgisinə həsr olunmuşdur.
TÜRKPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının ikinci iclası
TÜRKPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyası
06.02.2018
TÜRKPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyasının 2-ci iclası 24 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Milli Məclisinin evsahibliyində keçirilmişdir. İştirakçılar iclasın gündəliyinin mövzusu olaraq “Qlobal iqlim dəyişiklikləri: TÜRKPA üzv ölkələri üçün səbəb və nəticələr” adlı mövzunu müzakirə etmişdir. İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan parlament üzvləri, eləcə də Türk əməkdaşlığı institutları və ortaq təşkilatların nümayəndələri iştirak etmişdir.
TÜRKPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının birinci iclası
TÜRKPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyası
06.02.2018
2 aprel 2015-ci il tarixində Ankarada, Türkiyə Böyük Millət Məclisinin evsahibliyində Azərbaycan Respublikası Milli Məclisinin üzvü akademik cənab Əhliman Əmiraslanovun sədrliyi ilə TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Kommissiyasının birinci iclası keçirilmişdir. İclas gündəliyinin əsas mövzusu Türkdilli ölkələrdə səhralaşmaya qarşı mübarizə olmuşdur.