Wednesday, 13 November 2019, 13:32:06 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA İqtisadi Əməkdaşlıq Komissiyasının beşinci iclası

TÜRKPA İqtisadi Əməkdaşlıq Komissiyasının beşinci iclası TÜRKPA 7-ci Plenar İclası çərçivəsində 7 dekabr, 2017-ci ildə Bişkekdə baş tutmuşdur. iclas gündəliyinin əsas maddəsi "Üzv ölkələrdə iqtisadiyyatın şaxələndirilməsi" olmuşdur.

İclasa Qırğızıstan Respublikası Joqorku Keneşinin üzvü cənab Salaidin Aydarov sədrlik etmişdir.

Türkiyə Böyük Millət Məclisinin üzvü cənab Hasan Karal, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri cənab İlham Əliyev və cənab Ağalar Vəliyev, Qazaxıstan Respublikası Parlament Məclisinin üzvü cənab Berik Ospanov, Qırğızıstan Respublikası Joqorku Keneşinin üzvü cənab Baktibek Rayımkulov iclasda iştirak etmişdir. Cənab Salaidin Aydarov TÜRKPA üzv ölkələrində iqtisadiyyatın şəxaləndirilməsinə dair hesabat məruzəsi və tövsiyə qərarı təqdim etmişdir.

Cənab Aydarov 8 dekabr, 2017-ci ildə TÜRKPA-nın 7-ci Plenar İclasında TÜRKPA İqtisadi Əməkdaşlıq Komissiyasının sədr müavini seçilmişdir.

Komissiya üzvləri dünyada iqtisadiyyatın şaxələndirilməsinə can atan bir çox inkişaf etməkdə olan ölkələrin olduğunu vurğulamışdır.

Komissiyanın növbəti 6-cı iclasının 2018-ci ilin oktyabrında Türkiyədə keçirilməsi nəzərdə tutulmuşdur.