Monday, 14 October 2019, 19:48:28 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA İqtisadiyyat, Ticarət və Maliyyə Məsələləri Komissiyasının birinci iclası

27-28 oktyabr 2011-ci il tarixlərində TÜRKPA-nın İqtisadiyyat, Ticarət və Maliyyə məsələləri üzrə daimi Komissiyasının 1-ci iclası Bişkekdə keçirilmişdir.

Qırğızıstan Parlamentinin deputatı, TÜRKPA-nın İqtisadiyyat, Ticarət və Maliyyə məsələləri üzrə daimi Komissiyasının sədri Kojobek Rıspayevin başçılığı altında keçirilmiş komissiyanın işində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərini təmsil edən üzvlər və TÜRKPA katibliyinin əməkdaşları iştirak etmişdir.

Komissiyada “TÜRKPA-ya üzv olan ölkələr arasında iqtisadi və ticarət əməkdaşlığının perspektivləri” mövzusu gündəliyin ana maddəsi olaraq müzakirəyə çıxarılmışdır.

Səfər çərçivəsində komissiya üzvlərinin Qırğızıstan Respublikasının Parlamentinin sədri Ahmatbek Keldibekov və Qırğızıstan Respublikasının Xarici İşlər Naziri Ruslan Kazakbayevlə görüşləri də nəzərdə tutulmuşdur.