Wednesday, 20 November 2019, 05:05:27 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA İqtisadi Əməkdaşlıq Komissiyası

TÜRKPA İqtisadi Əməkdaşlıq Komissiyasının altıncı iclası
TÜRKPA İqtisadi Əməkdaşlıq Komissiyası
28.09.2018
27-28 sentyabr, 2018-ci ildə Türkiyə Böyük Millət Məclisinin ev sahibliyində Ankarada keçirilmiş TÜRKPA İqtisadi Əməkdaşlıq Komissiyasının 6-cı iclasında Azərbaycan, Qazaxıstan və Türkiyədən olan millət vəkilləri iştirak etmişdir. İclas gündəliyinin əsas maddəsi "TÜRKPA üzv ölkələrində innovativ sahibkarlıq perspektivləri" olmuşdur.
TÜRKPA İqtisadi Əməkdaşlıq Komissiyasının beşinci iclası
TÜRKPA İqtisadi Əməkdaşlıq Komissiyası
06.02.2018
TÜRKPA İqtisadi Əməkdaşlıq Komissiyasının beşinci iclası TÜRKPA 7-ci Plenar İclası çərçivəsində 7 dekabr, 2017-ci ildə Bişkekdə baş tutmuşdur. iclas gündəliyinin əsas maddəsi "Üzv ölkələrdə iqtisadiyyatın şaxələndirilməsi" olmuşdur. İclasa Qırğızıstan Respublikası Joqorku Keneşinin üzvü cənab Salaidin Aydarov sədrlik etmişdir.
TÜRKPA İqtisadi Əməkdaşlıq Komissiyasının dördüncü iclası
TÜRKPA İqtisadi Əməkdaşlıq Komissiyası
06.02.2018
10 noyabr 2014-cü il tarixində Qazaxıstan Respublikası Parlamenti Məclisində TÜRKPA İqtisadi Əməkdaşlıq Komissiyasının dördüncü toplantısı keçirilmişdir. Toplantının gündəliyinin əsas mövzusu “Türkdilli ölkələr arasında enerji sektorunun inkişafı sahəsində əməkdaşlıq” olmuşdur.
TÜRKPA İqtisadiyyat, Ticarət və Maliyyə Məsələləri Komissiyasının üçüncü iclası
TÜRKPA İqtisadi Əməkdaşlıq Komissiyası
06.02.2018
11 fevral 2014-cü il tarixində Azərbaycan Respublikasının Milli Məclisində TÜRKPA-nın İqtisadiyyat, Ticarət və Maliyyə məsələləri üzrə komissiyasının 3-cü toplantısı keçirilmişdir. “Türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlıqda nəqliyyat kommunikasiyalarının rolu” toplantının gündəliyinin əsas mövzusu olmuşdur. Toplantıya TÜRKPA-nın İqtisadiyyat, Ticarət və Maliyyə məsələləri üzrə komissiyasının Sədr müavini, Azərbaycan Parlamentinin deputatı Sevinc xanım Hüseynova sədrlik etmişdir.
TÜRKPA İqtisadiyyat, Ticarət və Maliyyə Məsələləri Komissiyasının ikinci iclası
TÜRKPA İqtisadi Əməkdaşlıq Komissiyası
06.02.2018
5 aprel 2013-cü il tarixində TÜRKPA-nın İqtisadiyyat, Ticarət və Maliyyə məsələləri komissiyasının 2-ci iclası Ankara şəhərində baş tutmuşdur. Türkiyə Böyük Millət Məclisində keçirilmiş iclasda “Türkpa üzv ölkələrində investisiya mühitinin yaxşılaşdırılması” mövzusu ilə bağlı hesabat məruzəsi və tövsiyə qərarı müzakirəyə çıxarılmışdır.
TÜRKPA İqtisadiyyat, Ticarət və Maliyyə Məsələləri Komissiyasının birinci iclası
TÜRKPA İqtisadi Əməkdaşlıq Komissiyası
06.02.2018
27-28 oktyabr 2011-ci il tarixlərində TÜRKPA-nın İqtisadiyyat, Ticarət və Maliyyə məsələləri üzrə daimi Komissiyasının 1-ci iclası Bişkekdə keçirilmişdir. Qırğızıstan Parlamentinin deputatı, TÜRKPA-nın İqtisadiyyat, Ticarət və Maliyyə məsələləri üzrə daimi Komissiyasının sədri Kojobek Rıspayevin başçılığı altında keçirilmiş komissiyanın işində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərini təmsil edən üzvlər və TÜRKPA katibliyinin əməkdaşları iştirak etmişdir.