TÜRKPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının altıncı iclası
TÜRKPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyası
20.09.2021
Ətraf mühit və təbii ehtiyatlar üzrə komissiyanın 6-cı iclası 2021-ci il sentyabrın 20-də Komissiya üzvlərinin və TÜRKPA Katibliyinin nümayəndələrinin iştirakı ilə virtual formatda keçirilib.
İclasa Komissiya sədri və Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov sədrlik etmişdir. Görüş zamanı iştirakçılar "Su ehtiyatları və torpaqların idarə edilməsi" mövzusunda müzakirə aparmışdır.
TÜRKPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının beşinci iclası
TÜRKPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyası
30.05.2019
TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının beşinci iclası 30 may 2019-cu il tarixində, Qırğızıstan Respublikası Joqorku Keneşinin (Parlament) ev sahibliyində Bişkekdə keçirilmişdir. İclas gündəliyinin əsas mövzusu “Təbii ehtiyatların ekoloji cəhətdən səmərəli istifadəsi: Hüquqi dəstək” olmuşdur.
TÜRKPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının dördüncü iclası
TÜRKPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyası
14.09.2018
TÜRKPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının dördüncü iclası 14 sentyabr, 2018-ci il tarixində Qırğızıstan Respublikası Joqorku Keneşinin ev sahibliyində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan millət vəkillərinin iştirakı ilə Bişkekdə keçirilmişdir. İclas gündəliyinin əsas maddəsi "Geni Dəyişdirilmiş Orqanizmlərin Yayılmasının Təsiri" olmuşdur.
TÜRKPA Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının səkizinci iclası
TÜRKPA Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyası
20.09.2021
TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının 8-ci iclası 2021-ci ilin 20 sentyabr tarixində virtual formatda keçirilmişdir.
İclasda Komissiya üzvləri və Katibliyin nümayəndələri iştirak ediblər. İclasa Komissiyanın sədr müavini, Qazaxıstan Parlamenti Məclisinin üzvü Sauıtbek Abdraxmanov sədrlik edib. İştirakçılar "TÜRKPA üzv ölkələri arasında turizmin inkişafı: COVID-19 pandemiyasının təsiri və gələcək perspektivlər" mövzusunda fikir mübadiləsi aparmışdır.
Komissiya 28 sentyabr 2021-ci il tarixində, Qazaxıstanın Türkistan şəhərində keçiriləcək TÜRKPA-nın 10-cu plenar iclasına təqdim olunmaq üçün hazırlanan hesabat məruzəsi və tövsiyə qərarlarını, habelə hüquqi sənədləri - Qadın Parlamentarilər Qrupu haqqında Əsasnamə, Gənc Parlamentarilər Qrupu haqqında Əsasnamə və Model Qanunlar haqqında Əsasnamə layihələrini müzakirə etmiş və təsdiqləmişdir.
TÜRKPA Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının yeddinci iclası
TÜRKPA Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyası
01.03.2019
TÜRKPA Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının yeddinci iclası 1 mart, 2019-cu il tarixində, Qazaxıstan Respublikası Parlament Məclisinin ev sahibliyində Astanada keçirilmişdir. İclas üzv ölkələrdən olan parlamentarilər və ekspertləri, üzv ölkələrin müvafiq nazirliklərinin nümayəndələri, eləcə də Beynəlxalq Türk Akademiyası və Ahmet Yesevi Beynəlxalq Qazax-Türk Universiteti kimi qurumlardan olan qonaqları bir araya gətirmişdir. İclas gündəliyinin əsas maddəsi "TÜRKPA üzv ölkələrində ali təhsildə ekvivalentlik proseslərinin problemləri" olmuşdur.
TÜRKPA Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının altıncı iclası
TÜRKPA Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyası
31.10.2018
31 oktyabr, 2018-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyində Bakıda baş tutmuş TÜRKPA-nın Hüquq Mәsәlәlәri vә Beynәlxalq Əlaqәlәr Komissiyasının Altıncı İclasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan millət vəkilləri və ekspertlər iştirak etmişdir. İclas gündəliyinin əsas maddəsi "TÜRKPA üzv dövlətlərinin anti-terrorizm qanunvericilikləri üzrə ortaq mövqeyin formalaşdırılması" olmuşdur.
TÜRKPA İqtisadi Əməkdaşlıq Komissiyasının səkizinci iclası
TÜRKPA İqtisadi Əməkdaşlıq Komissiyası
20.09.2021
20 sentyabr 2021-ci il tarixində İqtisadi əməkdaşlıq komissiyasının 8-ci iclası virtual formatda baş tutmuşdur. İclasda Komissiya üzvləri və Katibliyin nümayəndələri iştirak etmişlər.
Komissiyanın sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin üzvü Amerxan Raximjanov iclasa sədrlik edib. Görüşün əsas mövzusu " "Yaşıl iqtisadiyyat", innovasiya və rəqəmsallaşma üçün qanunvericilik dəstəyi təcrübəsi" olmuşdur.
Komissiya üzvləri 27-28 sentyabr 2021-ci il tarixində, Qazaxıstanın Türküstan şəhərində keçiriləcək TÜRKPA-nın 10-cu plenar iclasına təqdim olunmaq üçün hazırlanan hesabat məruzəsi və tövsiyə qərarlarını, həmçinin Elektron kommersiya haqqında model qanun layyihəsini müzakirə etmiş və təsdiqləmişdir.
TÜRKPA İqtisadi Əməkdaşlıq Komissiyasının yeddinci iclası
TÜRKPA İqtisadi Əməkdaşlıq Komissiyası
08.04.2019
8 aprel 2019-cu il tarixində, Azərbaycan Respublikası Milli Məclisinin (Parlament) ev sahibliyində keçirilmiş TÜRKPA-nın İqtisadi Əməkdaşlıq Komissiyasının yeddinci iclası üzv ölkələrdən olan parlamentarilər və ekspertləri bir araya gətirmişdir. İclas gündəliyinin əsas maddəsi "Ortaq texnologiyanın inkişafı: TÜRKPA üzv ölkələrinin elm və iş icmaları arasında hərtərəfli əməkdaşlıq" olmuşdur.
TÜRKPA İqtisadi Əməkdaşlıq Komissiyasının altıncı iclası
TÜRKPA İqtisadi Əməkdaşlıq Komissiyası
28.09.2018
27-28 sentyabr, 2018-ci ildə Türkiyə Böyük Millət Məclisinin ev sahibliyində Ankarada keçirilmiş TÜRKPA İqtisadi Əməkdaşlıq Komissiyasının 6-cı iclasında Azərbaycan, Qazaxıstan və Türkiyədən olan millət vəkilləri iştirak etmişdir. İclas gündəliyinin əsas maddəsi "TÜRKPA üzv ölkələrində innovativ sahibkarlıq perspektivləri" olmuşdur.
TÜRKPA Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyasının dokuzuncu iclası
TÜRKPA Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyası
22.04.2022
22 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyində Bakıda Sosial, mədəni və humanitar məsələlər komissiyasının “TÜRKPA-nın üzv ölkələrində sosial sahibkarlığın dəstəklənməsi” mövzusunda doqquzuncu iclası keçirilmişdir.
Üzv ölkələrin parlamentariləri, ekspertlər, parlamentlər, müvafiq nazirliklər, hökumət orqanları və TÜRKPA Katibliyinin nümayəndələrinin iştirak etdiyi iclasa komissiyanın sədri, Qırğız Respublikası Joqorku Keneşin üzvü Aybek Osmonov sədrlik etmişdir.
TÜRKPA regionunda sosial sahibkarlığın təşviqinin səmərəliliyinin artırılmasının vacibliyini vurğulayan iştirakçılar dayanıqlı artımın və iqtisadi inkişafın mühüm elementi kimi bu ictimai institutun inkişafı istiqamətində fəaliyyətlərin təmin edilməsində üzv parlamentlərin oynaya biləcəyi rolu qeyd etmişdir.
İştirakçılar, həmçinin müvafiq sahədə üzv ölkələrin milli qanunvericiliklərinin uyğunlaşdırılması imkanlarına dair fikir mübadiləsi aparmışdır.
İclasda komissiyanın müvafiq hesabat və tövsiyə qərarı, o cümlədən komissiya çərçivəsində işlənib hazırlanmış və 23-24 iyun 2022-ci il tarixlərində Qırğız Respublikasının Çolpon-Ata şəhərində keçiriləcək TÜRKPA-nın 11-ci Plenar iclasına təqdim olunacaq “Sosial sahibkarlığın inkişafı haqqında Model Qanun”layihəsi müzakirələrdən sonra təsdiq edilmişdir.
Həmçinin komissiya növbəti iclaslarının mövzularını və 2028-ci ilədək nəzərdə tutulmuş model qanunların adlarını təsdiq etmişdir.
TÜRKPA Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyasının səkizinci iclası
TÜRKPA Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyası
20.09.2021
20 sentyabr 2021-ci ildə TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər üzrə komissiyasının 8-ci iclası parlamentarilərin və Katiblik nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilmişdir.
"Pandemiya dövründə TÜRKPA üzv ölkələrinin kənd yerlərində sosial vəziyyət" mövzusunun müzakirə edildiyi iclasa Komissiyanın sədr müavini, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Nizami Cəfərov sədrlik etmişdir.
Komissiya 27-28 sentyabr 2021-ci il tarixində, Qazaxıstanın Türkistan şəhərində keçiriləcək TÜRKPA-nın 10-cu plenar iclasına təqdim olunacaq hesabat məruzəsi və tövsiyə qərarlarını, habelə "Kinematoqrafiya və audiovizual əsərlərin çəkilişinə xarici investisiyaların cəlb edilməsi haqqında" və "Kinematoqrafiya" haqqında model qanun layihələrini müzakirə etmiş və təsdiqləmişdir.
TÜRKPA Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyasının yeddinci iclası
TÜRKPA Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyası
16.05.2019
16 may 2019-cu ildə, Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) ev sahibliyində TÜRKPA-nın Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyasının yeddinci iclası keçirilmişdir. İclas gündəliyinin əsas mövzusu “BMT-nin Dayanıqlı İnkişaf Hədəfləri çərçivəsində gender məsələləri. TÜRKPA üzv ölkələrində müasir ailələrin mədəni kimliyi (qanunvericilikdə perspektivlər)” olmuşdur.
TÜRKPA Hüquq Məsələləri Komissiyasının üçüncü iclası
TÜRKPA Hüquq Məsələləri Komissiyası
06.02.2018
28 aprel 2014-cü il tarixində, Qazaxıstanın paytaxtı Astana şəhərində TÜRKPA Hüquq Komissiyasının 3-cü toplantısı keçirilmişdir. Toplantıya Komissiyanın Sədr müavini və Qazaxıstan Respublikası Parlamenti Məclisinin üzvü cənab Nurlan Abdirov sədrlik etmişdir. Komissiyanın üzvləri TÜRKPA-nın hüquqi bazasının inkişafına dair məsələlərə toxunmuş və Assamleyanın qanunla müəyyən edilmiş sənədlərinə yenidən baxılması və təkmilləşdirilməsi imkanlarını müzakirə etmişdir.
TÜRKPA Hüquq Məsələləri Komissiyasının ikinci iclası
TÜRKPA Hüquq Məsələləri Komissiyası
06.02.2018
4-7 noyabr 2012-ci il tarixləri arasında Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində TÜRKPA-nın Hüquq Komissiyasının 2-ci iclası keçirilmişdir. Toplantıda “TÜRKPA üzv dövlətləri parlamentlərinin reqlamentləri və millət vəkillərinin səlahiyyətləri” və “TÜRKPA üzv ölkələri arasında qanunvericilik məsələləri üzrə əməkdaşlıq” mövzusu ilə bağlı hesabat və tövsiyə qərarları müzakirəyə çıxarılmışdır.
TÜRKPA Hüquq Məsələləri Komissiyasının birinci iclası
TÜRKPA Hüquq Məsələləri Komissiyası
06.02.2018
19-21 dekabr 2011-ci il tarixləri arasında Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində TÜRKPA-nın Hüquq Məsələləri Komissiyasının 1-ci iclası keçirilmişdir. Toplantıda “TÜRKPA üzv dövlətlərinin Parlamentlərinin konstitusiya sistemində vəzifə və öhdəlikləri və millət vəkillərinin rolu” mövzusu ilə bağlı hesabat və təkliflər paketi müzakirəyə çıxarılmışdır.
TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyasının üçüncü iclası
TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyası
06.02.2018
TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyasının üçüncü iclası 15 aprel, 2014-cü ildə Bişkekdə keçirilmişdir. İclas gündəliyinin əsas maddəsi beynəlxalq təşkilatlar çərçivəsində Türkdilli dövlətlərin qarşılıqlı fəaliyyəti olmuşdur.
TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyasının ikinci iclası iclası
TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyası
06.02.2018
11-12 dekabr 2012-ci il tarixində TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyasının 2-ci iclası Astana şəhərində baş tutmuşdur. Qazaxıstan Parlamenti Məclisində keçirilən iclasda “Türkdilli ölkələr arasında əlaqələrin inkişafında Türk Şurası, TÜRKPA və TÜRKSOY-un yeri və rolu” mövzusu ilə bağlı hesabat məruzəsi və tövsiyə qərarı müzakirəyə çıxarılmışdır.
TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyasının birinci iclası
TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyası
06.02.2018
3 noyabr 2011-ci il tarixində TÜRKPA Beynəlxalq əlaqələr komissiyasının birinci iclası keçirildi. Tədbirdə quruma üzv ölkələrin deputatları, TÜRKPA katibliyinin rəhbərliyi və əməkdaşları iştirak edirdilər. İclasda qardaş Türkiyədə baş vermiş terror aktları və Van vilayətindəki zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
TÜRKPA-nın Fəali̇yyətdə olan Sədrliyi
TÜRKPA-nın fəaliyyətdə olan sədri