Saturday, 17 November 2018, 21:07:33 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Missiya haqqında

2010-cu ildən etibarən TÜRKPA missiyaları üzv ölkələri olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədə prezident, parlament seçkiləri və referendumları müşahidə etmişdir.

Missiyanın tərkibinə TÜRKPA üzv ölkələrinin parlamentlərinin üzvləri, eləcə də TÜRKPA Katibliyinin nümayəndələri daxildir.

TÜRKPA müşahidəçiləri Mərkəzi Seçki Komissiyasının yüksək vəzifəli rəsmiləri və hökumət rəsmiləri ilə görüşlər keçirir. TÜRKPA missiyası seçki prosesini bütün mərhələlərdə müşahidə edir - seçki məntəqələrini ziyarət edir, hazırlıq prosesini qiymətləndirir, seçicilər və seçki məntəqəsi nümayəndələri ilə söhbət edir, rəsmilər, eləcə də siyasi və ictimai təşkilatların nümayəndələri ilə görüşür.

Müşahidəçilər 2005-ci ildə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Müşahidəçilər üçün Davranış Kodeksində təsdiq olunmuş obyektivlik, ədalət, şəffaflıq və qərəzsizlik prinsiplərinə Avropa Şurası Venesiya Komissiyasının tövsiyələrinə və digər beynəlxalq hüquqi normalara riayət edir.

Müşahidə missiyaları seçki və referendumların nəticələrinə dair mətbuat konfransları keçirir.