Monday, 20 March 2023, 13:14:47 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKSOY

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY Türk Dünyasının UNESCO-su hesab olunur və 1993-cü ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyə Mədəniyyət Nazirlərinin qurucu saziş imzalaması ilə yaradılmışdır.

Şimali Kipr Türk Rerspublikası və Rusiya Federasiyasının muxtar respublikaları olan Tatarıstan, Başqırdıstan, Altay, Saxa, Tuva, Xakasiya və Qaqauziya (Moldova) müşahidəçi statusa malik üzv dövlətlər kimi TÜRKSOY-a qoşulmuşdur. Yaradılmasından etibarən TÜRKSOY Türk xalqları arasında qardaşlıq və həmrəylik bağlarını gücləndirmək, ortaq Türk mədəniyyətinin gələcək nəsillərə ötürülməsi və dünyanı onunla tanış etmək üçün fəaliyyətlər həyata keçirmişdir.

1993-cü ildən TÜRKSOY üzv ölkələrin Dövlət Başçılarının himayəsində, onların təsdiqi və təqdiri ilə fəaliyyətlərini həyata keçirir.

TÜRKSOY fəaliyyətlərini Türk Şurası, Türk Akademiyası, Türk Mədəniyyət və Miras Fondu ilə əlaqəli şəkildə həyata keçirir. Həmçinin TÜRKSOY eyni prinsip və məqsədləri paylaşdığı UNESCO və ISESCO ilə əməkdaşlıq edir. Bundan əlavə, TÜRKSOY bir çox bələdiyyə, universitet və qeyri-hökumət təşkilatları ilə müxtəlif əməkdaşlıq fəaliyyətləri həyata keçirir.

www.turksoy.org