Monday, 20 March 2023, 13:34:14 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Türk Akademiyası

3 oktyabr, 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilmiş Türkdilli Dövlət Başçılarının IX Zirvə Görüşündə Qazaxıstan Respublikası Prezidenti Nursultan Nazarbayev Türk Dünyası üzrə tədqiqatlar aparan beynəlxalq tədqiqat mərkəzinin yaradılmasını təklif etmişdir.

28 may, 2010-cu ildə Qazaxıstan Respublikasının paytaxtında Sülh və Barışıq Sarayında Türk Akademiyası təsis edilmişdir. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkiyə Prezidenti Abdullah Gül, ABŞ, Rusiya (Tatarıstan, Başqırdıstan, Çuvaşiya və Yakutiya), Özbəkistan, Qırğızıstan, Ukraynadan olan məşhur türkoloq alimlər unikal tədqiqat mərkəzinin açılış mərasimində iştirak etmişdir.

22-23 avqust, 2012-ci ildə Qırğızıstan Respublikasının paytaxtında keçirilən Türk Şurasının 2-ci Zirvə Görüşündə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkiyə Prezidenti Abdullah Gül, Qırğızıstan Respublikası Prezidenti Almazbek Atambayev və Azərbaycan Respublikası Baş Naziri Artur Rəsizadə Türk Akademiyasına beynəlxalq status verilməsi barədə saziş imzalamışdır. Ratifikasiya prosedurunun tamamlanmasından sonra 2010-cu ildən Qazaxıstanda fəaliyyət göstərən Türk Akademiyası 28 avqust, 2014-cü ildə beynəlxalq status qazanmışdır.

Məqsəd: Qədim zamanlardan indiyədək Türk xalqlarının dili, ədəbiyyatı, mədəniyyəti, tarixi üzrə elmi araşdırmaları əlaqələndirən və yerli mənbələr əsasında Türk sivilizasiyasının bəşər sivilizasiyasına töhfəsini qiymətləndirən unikal mərkəzə çevrilmək.

Missiya: Türk dünyası boyunca elmi əməkdaşlığa başçılıq etmək, Türkdilli ölkələrdən olan alimlərin təşəbbüslərinə yardım etmək və müntəzəm əsasda akademik iclasların təşkili.

www.twesco.org