Saturday, 17 November 2018, 23:06:14 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Türk Mədəniyyət və Miras Fondu

Türk Mədəniyyət və Miras Fondu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İkinci Zirvə Görüşü zamanı 2012-ci ilin avqust ayında yaradılmışdır.

Türk Mədəniyyət və Miras Fondu Bakıda yerləşir və üzv ölkələrdə Türk mirasının qorunması, eləcə də üçüncü ölkələrdə tərəfdaşlarla əməkdaşlıq çərçivəsində layihələrin həyata keçirilməsi üzrə fəaliyyət göstərir.

Fond müxtəlif fəaliyyət, layihə və proqramları dəstəkləmək və maliyyələşdirməklə Türk mədəniyyət və mirasının qorunması, öyrənilməsi və təşviqinə yardım göstərir. O öz fəaliyyətini TÜRKSOY və Türk Akademiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirir.

Fondun Nizamnaməsi