Sunday, 18 August 2019, 23:04:45 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Plenar iclas әrәfәsindә ikitәrәfli görüşlәr keçirilmişdir

20-21 noyabr, 2018-ci il tarixində TÜRKPA-nın İzmirdə keçirilən Səkkizinci Plenar iclası çərçivəsində nümayəndə heyətləri rəhbərlərinin ikitərəfli görüşləri keçirilmişdir.

20 noyabr 2018-ci il tarixində keçirilən Assambleya Şurasının Səkkizinci iclasının ardınca Türkiyə Böyük Millət Məclisinin Sədri və TÜRKPA-nın Fəaliyyətdə olan Sədri cənab Binali Yılıdırım Macarıstan Milli Assambleyasının Spikeri cənab Lazslo Köver ilə görüşmüşdür.

Macarıstan Milli Assambleyası 2014-cü ildə TÜRKPA-da müşahidəçi statusu almışdır.

* * *

Eyni gündə, cənab Binali Yıldırım və Qırğızıstan Respublikası Joqorku Keneşinin Torağası cənab Dastanbek Jumabekov arasında geniş tərkibdə vә ikitərəfli görüş keçirilmişdir.

Tərəflər parlamentlərarası əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi və ölkələr arasında iqtisadi, mədəni və humanitar əlaqələrin genişləndirilməsi yollarına dair müzakirələr aparmışdır.

Görüşün sonunda cənab Jumabekov cənab Yıldırımı Qırğızıstan Respublikasına rəsmi səfərə dəvət etmişdir.

* * *

Eyni zamanda, 21 noyabr tarixində, cənab Dastanbek Jumabekov cənab Lazslo Köver ilə görüş keçirmişdir. Tərəflər ölkələr arasında ikitərəfli və parlamentlərarası əməkdaşlığı müzakirə etmiş və mədəni, humanitar əməkdaşlıq barəsində fikir mübadiləsi aparmışdır.

ATƏT PA-nın 3-6 oktyabr, 2018-ci il tarixlərində Bişkekdə keçirilmiş Payız Sessiyasında fəal iştirakına görə Macarıstan Parlamentinə təşəkkürünü bildirən cənab Jumabekov ölkələr arasında iqtisadi və ticarət əlaqələrinin inkişafına olan ehtiyacı vurğulamışdır. Həmçinin cənab Jumabekov cənab Köveri Qırğızıstan Respublikasına rəsmi səfərə dəvət etmişdir.

Öz növbəsində, cənab Köver dəvət üçün təşəkkürünü bildirmiş və ölkələr arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə etmişdir. Cənab Köver parlamentlərarası əlaqələrin və ikitərəfli əməkdaşlığın gücləndirilməsində parlamentlərarası dostluq qruplarının mühüm rolunu qeyd etmişdir.

Bundan əlavə, tərəflər terrorizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlıq üzrə müzakirələr aparmışdır.