Sunday, 25 August 2019, 06:19:15 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Türkiyә Parlamentinin Spikeri TÜRKPA Katibliyini ziyarәt etmişdir

29 avqust, 2018-ci ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Spikeri Binali Yıldırım və Azərbaycan Respublikası Milli Məclisinin (Parlament) Sədri Oqtay Əsədov TÜRKPA Katibliyini ziyarət etmişdir.

Parlament sədrləri TÜRKPA Baş katibi Altınbek Mamayusupov və Baş katibin müavinləri Fuad Ələkbərov, Naurız Aydarov və Ali Yıldız tərəfindən qarşılanmışdır.

Baş katib TÜRKPA-nın cari və gələcək fəaliyyətləri, eləcə də noyabrda Türkiyədə keçiriləcək və TÜRKPA-nın 10-cu ildönümünün də qeyd olunacağı qarşıdan gələn Səkkizinci Plenar İclasa hazırlıqla bağlı parlament sədrlərinə məlumat vermişdir.

Ziyarət zamanı qonaqlar Katibliyin binasını və məşhur müəlliflərin kitabları, türkdilli ölkələr arasında dostluq və əməkdaşlığı əks etdirən rəngarəng albomlar, milli simvol və naxışlarla işlənmiş suvenirlərin nümayiş etdirildiyi yeni kitabxananı gəzmişdir.

Cənab Binali Yıldırım və cənab Oqtay Əsədov Katibliyin daxili həyətində ağacəkmə mərasimində iştirak etmişdir.

Parlament sədrləri hər iki ölkədən olan millət vəkilləri tərəfindən müşayiət edilmişdir.