Monday, 20 March 2023, 14:34:37 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Qısa tarixçә

Türk Dövlətləri Parlament Assambleyasi (TÜRKPA) 21 noyabr 2008-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərinin “Dolmabaxça Sarayı”nda Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Türkiyə Respublikasının parlament rəhbərlərinin imzalamış olduğu Sazişlə təsis olunmuşdur.

29 sentyabr 2009-cu ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) I. plenar sesiyası keçirilmişdir. Plenar sesiyada TÜRKPA-nın Reqlamenti, Katibliyin Əsasnaməsi və Bakı Bəyamnaməsi, Katibliyin daimi əsasla Bakı şəhərində yerləşməsin haqqında qərar qəbul edilmişdir.

TÜRKPA sədrliyi rotasiya üsulu ilə ingilis əlifbası üzrə ildə bir dəfə bir ölkədən digərinə keçməkdədir.

TÜRKPA Katibliyi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən və beynəlxalq təşkilat statusuna malik olan qurumdur.