Sədr

cənab Yerlan KOŞANOV
TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikası Parlamentinin Sədri
1962-ci ildə Qaraqanda vilayətində anadan olub. 1984-cü ildə Karaqanda Politexnik İnstitutunu, 1999-cu ildə isə Qazaxıstan Dövlət İdarəçilik Akademiyasını bitirib.
İnstitutu bitirdikdən sonra Jezkazqan mədən-metallurgiya zavodunun zənginləşdirmə fabrikində çilingər, usta olaraq işləyib.
1988-1990 – Qazaxıstanın Jezkazqan Leninist Kommunist Gənclər İttifaqı vilayət komitəsinin işçi və kənd gəncləri şöbəsində təlimatçı, Gənclərin sosial-iqtisadi problemləri şöbəsinin müdiri vəzifələrində işləyib.
1990-1995 – Xarici İqtisadi Əlaqələr üzrə Jezkazqan Regional Komitəsinin aparıcı mütəxəssisi, şöbə müdiri, sədr müavini, sədri.
1995-1999 – Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü.
1999-2001 – Hökumətin Qazaxıstan Respublikası Parlamentindəki nümayəndəsi.
2001-2003 – Qazaxıstan Respublikası Baş Naziri Aparatı rəhbərinin müavini - Hökumətin Qazaxıstan Respublikası Parlamentindəki nümayəndəsi.
2003-2006 – Qazaxıstan Respublikasının nəqliyyat və kommunikasiyalar nazirinin müavini.
2006-2007 – Qazaxıstan Respublikası Nəqliyyat və Rabitə Nazirliyinin yanında Mülki Aviasiya Komitəsinin sədri.
2007-2012 – Qazaxıstan Respublikası Baş Naziri Aparatı rəhbərinin müavini - Hökumətin Qazaxıstan Respublikası Parlamentindəki nümayəndəsi.
2012-2017 – Qazaxıstan Respublikası Baş Naziri Aparatının rəhbəri.
2017-2019 – Qaraqanda vilayəti İcra hakimiyyətinin sədri.
2019-2022 – Qazaxıstan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri.
2022-ci il fevralın 1-də Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri seçilib.
I dərəcəli “Barıs” (2021), “Parasat” (2013), “Kürmet” (2007) ordenləri və xatirə medalları ilə təltif edilmişdir.
Qazax, rus, alman dillərini bilir.