Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyası
 

Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyası Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) dörd daimi komissiyasından biridir. Komissiyanın gündəliyinə üzv dövlətlər arasında sosial-mədəni, humanitar, elm və təhsil sahələrində, ilk növbədə, ortaq tarixi, mədəni və dil köklərinə əsaslanan əməkdaşlıq məsələləri daxildir.

Komissiya, ilkin olaraq “Sosial, mədəni və humanitar məsələlər” komissiyası kimi yaradılıb. 2023-cü ildə TÜRKPA-nın Ankarada keçirilən 12-ci plenar iclası çərçivəsində Assambleya Şurasının iclası zamanı komissiyanın adı təhsil sahəsi ilə bağlı məsələlərin komissiyanın fəaliyyətində müntəzəm və sistemli şəkildə yer alması məqsədilə dəyişdirilərək “Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyası” adlandırılıb.

TÜRKPA-nın daimi komissiyalarının hər biri hər üzv dövlətdən iki parlament üzvü olmaqla səkkiz üzvdən ibarətdir. Daimi komissiyaların sədrləri və sədr müavinləri TÜRKPA-nın plenar iclaslarında üç il müddətinə seçilir.

Daimi komissiyalar öz əməkdaşlıq sahələri çərçivəsinə daxil olan məsələləri nəzərdən keçirir və plenar iclaslara təqdim olunan sənədləri hesabat məruzələri və tövsiyə qərarları şəklində hazırlayır. Eyni zamanda, komissiyalar üzv dövlətlərin milli qanunvericiliyinin uyğunlaşdırılması və yaxınlaşdırılması prosesini asanlaşdırmaq məqsədilə qarşılıqlı maraq doğuran məsələlər üzrə model qanun layihələrinin hazırlanması üzərində iş aparırlar.

Üzvlər
Sədr
(Qırğızıstan)
Sədr müavini
(Azərbaycan)
Üzv
(Azərbaycan)
Üzv
(Qazaxıstan)
Üzv
(Qazaxıstan)
Üzv
(Qırğızıstan)
Üzv
(Türkiyə)
Üzv
(Türkiyə)
Katiblik
Komissiya katibi
(Qırğızıstan)