A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Beynəlxalq Katibliyinin əməkdaşları Avropa Parlamentinə səfər edəcəkdir. - Turk-PA.org
Monday, 12 April 2021, 03:44:14 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Beynəlxalq Katibliyinin əməkdaşları Avropa Parlamentinə səfər edəcəkdir.

23.06.2013 10:41
TÜRKPA Beynəlxalq Katibliyinin əməkdaşları 23-27 İyun 2013-cü il tarixində Avropa Parlamentinə, Brüsselə səfər edəcəkdir.


Əməkdaşlar Avropa Parlamentinin İnkişaf Komitəsinin toplantısında, eyni zamanda Fransadan olan İnkişaf sahəsində məsul Nazirlə fikir mübadiləsində iştirak edəcəklər.

Proqram üzrə göstərilən digər tədbirlərə AVRONEST Parlament Assambleyasının yaradılması və fəaliyyətinə dair təqdimatı, Avropa Parlamenti nümayəndə heyətlərinin xarici parlamentlərə və Avropa Parlamentinin beynəlxalq əlaqələrinə təqdimatı, Aralıq Dənizi Parlament Assambleyası Birliyinin fəaliyyətinə dair təcrübə və dərslərin, eyni zamanda AvroLat Parlament Assambleyasının fəaliyyətinə dair təcrübə və dərslərin təqdimatı, Avropa Parlamenti Nümayəndə heyətinin görüşlərinin keçirilməsi məqsədilə katibliyin texniki işlərinin təqdim edilməsi, Media müdirliyinin, sosial şəbəkələr, mətbuatla işləmə qaydalarının təqdimatı kimi məsələlər daxildir.

Səfər çərçivəsində TÜRKPA nümayəndə heyətinin Avropa Parlamentinin Parlament Diplomatiyasının İnkişafı Ofisinin Direktoru Dick Toornstra ilə görüşü nəzərdə tutulmuşdur.

Səfərdə TÜRKPA nümayəndə heyətinə TÜRKPA Baş Katibinin müavini cənab Kürşad Melih Sarıarslan rəhbərlik edəcəkdir.

Heyətin tərkibinə TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyasının Katibi Emin Həsənov, Sosial, Mədəni və Humanitar məsələlər üzrə Komissiyanın Katibi Marat Askarov, İqtisadi, Ticarət və Maliyyə məsələləri üzrə Komissiyanın Katibi Dastan Urmanbetov və Arxiv və Protokol İşləri üzrə Katib Elay Pənahlı daxildir.