A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA-nın Assambleya Şurasının IV Toplantısı keçirilir. - Turk-PA.org
Monday, 12 April 2021, 05:43:46 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA-nın Assambleya Şurasının IV Toplantısı keçirilir.

10.06.2013 10:56
Bu gün, 10 iyun 2013-cü il tarixində, Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində TÜRKPA-nın Assambleya Şurasının IV iclası keçirilir.


Toplantıda təhvil-təslim mərasimi baş tutacaq və sədrlik rəsmi olaraq Qırğızıstan Respublikasından Türkiyə Respublikasına keçəcəkdir. İclasda 4 ölkənin spikerləri-Azərbaycan Respublikasının Milli Məclisinin sədri cənab Oqtay Əsədov, Qazaxıstan Respublikası Parlamentinin sədri cənab Nurlan Nigmatulin, Qırğızıstan Jokorgu Keneşinin sədri cənab Asilbek Jeenbekov, Türkiyə Böyük Millət Məclisinin sədri cənab Cəmil Çiçək və Türkdilli Ölkələrin Parlament Asambleyasının Baş Katibi cənab Ramil Həsənov iştirak edəcəkdir.

Assambleya Şurasının toplantısında TÜRKPA-nın IV Plenar Sessiyasının gündəliyi qəbul ediləcək, Qırğızıstan tərəfinin sədrliyi dövründə fəaliyyətin nəticələrinə dair məlumat veriləcək, Baş katib tərəfindən 2012-ci il üzrə illik fəaliyyət hesabatı və

2014-cü il üçün hazırlanmış büdcə layihəsi təqdim olunacaq, TÜRKPA-nın yeni Baş Katibi və müavinlərinin namizədliyi təstiq olunacaqdır.

Həmçinin toplantıda IV Plenar Sessiyanın yekun sənədi olan Ankara Deklarasiyası da müzakirə ediləcək. Qeyd edək ki, Assambleya Şurasının toplantısında TÜRKPA-nın V Plenar Sessiyasının keçirilmə yeri və tarixi müəyyənləşdiriləcəkdir.

Eyni zamanda, Assambleya Şurası çərçivəsində üzv ölkələrin Parlament sədrlərinin və TÜRKPA Baş katibinin Türkiyə Respublikasının Prezidenti cənab Abdullah Gül və Baş nazir cənab Recep Tayyip Erdoğanla görüşləri nəzərdə tutulmuşdur.