A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Türkiyənin Ankara şəhərində TÜRKPA üzv ölkələri Parlamentlərinin Aparat Rəhbərlərininin toplantısı keçiriləcək. - Turk-PA.org
Monday, 12 April 2021, 03:57:26 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Türkiyənin Ankara şəhərində TÜRKPA üzv ölkələri Parlamentlərinin Aparat Rəhbərlərininin toplantısı keçiriləcək.

07.06.2013 12:13
10 İyun 2013-cü il tarixində TÜRKPA-nın IV Plenar Sessiyası çərçivəsində Ankarada TÜRKPA üzv ölkələri Parlamentlərinin Aparat Rəhbərlərinin toplantısı keçiriləcəkdir.


Toplantıda Türkiyə Respublikasının Böyük Millət Məclisinin Baş Katibi cənab Dr. İrfan Neziroğlu, Azərbaycan Respublikası Milli Məclisinin Aparat Rəhbəri cənab Səfa Mirzəyev, Qazaxstan Respublikasının Parlament Məclisinin Aparat rəhbəri cənab Usen Jetenov, Qırğızıstan Respublikası Joqorku Keneşinin Aparat Rəhbəri cənab Radbek Yeşmambetov və TÜRKPA-nın Baş Katibi cənab Ramil Həsənov iştirak edəcəklər. Aparat rəhbərlərinin görüşündə Baş Katib Ramil Həsənov TÜRKPA-nın fəaliyyəti ilə bağlı ətraflı çıxış edəcəkdir.

Toplantıda üzv ölkələrin parlamentlərinə dair qısa prezentasiyalar təqdim olunacaq və üzv parlamentlər arasında əməkdaşlıq imkanları müzakirə olunacaqdır. Eyni zamanda TÜRKPA üzv ölkələrinin parlamentlərinin fəaliyyətləri ilə bağlı məsələlərə dair seminar və konqreslərin təşkil olunması, TÜRKPA üzv Parlamentlərinin inzibati təşkilatları arasında informasiya və təcrübə mübadiləsi mexanizmlərinin yaradılması , Tərəflərin Parlamentlərinın inzibati bölmələri arasında əməkdaşlıq əlaqələrinin yaradılması haqqında müzakirələrin aparılması gözlənilir.

Həmçinin toplantıda Assambleya Şurasının gündəliyinə çıxarılacaq bəzi məsələlər barəsində də fikir mübadiləsi aparılacaq.