A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Baş Katibinin Ankaraya səfəri olmuşdur. - Turk-PA.org
Monday, 12 April 2021, 04:13:04 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Baş Katibinin Ankaraya səfəri olmuşdur.

03.06.2013 10:41
Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş Katibi cənab Ramil Həsənovun rəhbərliyi altında nümayəndə heyəti Türkiyənin Ankara şəhərində keçiriləcək TÜRKPA-nın IV Plenar Sessiyasına hazırlıq məqsədilə 1 iyun 2013-cü il tarixində Türkiyəyə yola düşmüşdür. Plenar Sessiyaya hazırlıq prosesi təxminən 2 aydır ki, davam etməkdədir.


11 iyun 2013-cü ildə keçiriləcək Sessiyanın işində TÜRKPA üzv ölkələrindən olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin Parlament sədrlərinin başçılığı altında nümayəndə heyətlərinin, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Parlamentlər birliyi, Türk Konseyi, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, Mərmərə Qrup Fondu, Türk Dünyası Gənclər Birliyi, GUAM, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CİCA) və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur.

Qeyd edək ki, 10 İyun 2013-cü il tarixində TÜRKPA üzv ölkələri parlamentlərinin Aparat rəhbərlərinin və Assambleya Şurasının IV toplantısı, 11 iyun 2013-cü il tarixində isə TÜRKPA-nın IV Plenar Sessiyası keçiriləcəkdir və toplantılarda bir sıra mühüm qərarlar qəbul olunacaqdır.

Eyni zamanda, Plenar Sessiya çərçivəsində TÜRKPA Baş Katibinin üzv ölkələrin parlament sədrləri ilə, həmçinin Türkiyə Respublikasının prezidenti cənab Abdullah Gül və baş naziri cənab Recep Tayyib Erdoğanla da görüşləri nəzərdə tutulmuşdur.