A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Qazaxıstan və Qırğızıstandan olan millət vəkilləri TÜRKPA Beynəlxalq Katibliyində olmuşdur. - Turk-PA.org
Monday, 12 April 2021, 05:50:02 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Qazaxıstan və Qırğızıstandan olan millət vəkilləri TÜRKPA Beynəlxalq Katibliyində olmuşdur.

22.05.2013 17:18
22 may 2013-cü il tarixində Qazaxıstan Parlamenti Məclisinin millət vəkili cənab Serikjan Kanayev və Qırğızıstan Joqorku Keneşinin millət vəkili cənab Almazbek Baatırbekov TÜRKPA Beynəlxalq katibliyində olmuşdur.


Qonaqları səmimiyyətlə salamlayan TÜRKPA Baş katibi cənab Ramil Həsənov təşkilatın 5-ci ildönümünə həsr olunmuş 10-12 iyun 2013-cü il tarixində Ankarada keçiriləcək 4-cü Plenar Sessiyaya, Assambleya Şurasına və üzv ölkələrin Parlamentlərinin Aparat rəhbərlərinin toplantılarına hazırlıq prosesi ilə bağlı ətraflı məlumat vermişdir.

Təşkilatın eyni zamanda son bir il ərzində gördüyü işlər, yeni layihələr, gələcək planlar, TÜRKPA-nın daimi komissiyalarının fəaliyyəti, TÜRKPA üçün yeni torpaq sahəsinin ayrılması və inzibati binanın tikintisi üçün Azərbaycan Rspublakası Prezidentinin göstərişi ilə xüsusi vəsaitin ayrılması, təşkilatın nüfuzunun gücləndirilməsi məqsədi ilə atılan addımlarla bağlı məlumatlar da Baş katib tərəfindən qonaqların diqqətinə çatdırılmışdır.

Qonaqlar səmimi qəbul üçün TÜRKPA Baş katibinə təşəkkür etmiş, təşkilatın fəaliyyəti ilə bağlı geniş məlumata görə məmnun qaldıqlarını bildirmişlər.

Görüşdə TÜRKPA Baş katibinin müavinləri cənab Mels Semgaliyev, cənab Kürşad Melih Sarıarslan və Qırğızıstab Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Aycigit Buranov iştirak etmişlər.