A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Baş Katibi Türkiyəyə səfər edəcəkdir. - Turk-PA.org
Monday, 12 April 2021, 04:33:32 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Baş Katibi Türkiyəyə səfər edəcəkdir.

13.05.2013 11:29
13-15 may 2013-cü tarixində TÜRKPA Baş Katibi cənab Ramil Həsənovun başçılığı altında nümayəndə heyəti Ankara şəhərinə səfər edəcəkdir.

13 may 2013-cü il tarixində Baş katibin TÜRKPA-nın dördüncü plenar sessiyasına hazırlıq məsələlərini müzakirə etmək məqsədilə Türkiyə Böyük Millət Məclisinin sədri cənab Cemil Çiçek ilə görüşü planlaşdırılır.
Səfər çərçivəsində Baş katibin TBMM millət vəkili, TÜRKPA-nın Hüquq məsələləri Daimi Komissiyasının sədri cənab Haluk İpek və TBMM-nin Aparat rəhbəri cənab İrfan Neziroğlu ilə görüşləri də nəzərdə tutulmuşdur.
Eyni zamanda səfər çərçivəsində 14 may tarixində Baş katib Türk Konseyinin ev sahibliyində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Diaspora Məsələlərinə Cavabdeh Nazirləri və Təşkilat Rəhbərlərinin İkinci Toplantısında iştirak edəcəkdir.
Toplantıda 21 iyun 2013-cü il tarixində Bakıda təşkil olunacaq Birinci Türk Keneşi Diaspora Forumuna təqdim olunması məqsədilə ”Türk Keneşi Türkdilli Diaporanın Ortaq Fəaliyyət Strategiyası”nın təsdiq olunması nəzərdə tutulur.
Toplantıda Türkiyə Respublikası Baş Nazirinin müavini cənab Bekir Bozdağ, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi səfir cənab Halil Akıncı, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri cənab Nazim İbrahimov, Türkiyədə akreditə olunmuş Türkdilli dövlətlərin diplomatik missiyalarının nümayəndələri, həmçinin Azərbaycan, Qazaxıstan və Qırğızıstanın diaspor fəaliyyətini koordinasiya edən qurumlarının nümayəndə heyətləri iştirak edəcəklər.
Səfərdə TÜRKPA Baş katibini təşkilati və administrativ işlər departamentinin müdiri cənab Ələsgər Ağayev müşayiət edəcəkdir.