A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Sosial, mədəni və humanitar məsələlər komissiyasının 2-ci toplantısı keçiriləcəkdir. - Turk-PA.org
Monday, 12 April 2021, 05:16:02 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Sosial, mədəni və humanitar məsələlər komissiyasının 2-ci toplantısı keçiriləcəkdir.

05.04.2013 10:18
TÜRKPA Sosial, mədəni və humanitar məsələlər Komissiyasının 2-ci iclası 05 aprel 2013-cü il tarixində Ankara şəhərində keçiriləcəkdir. Komissiyanın 2-ci iclası Türkiyə Parlamentində baş tutacaqdır. İclasda “Ortaq Türk Terminologiya fondunun yaradılmasına dair əsas məsələlər” mövzusu ilə bağlı hesabat məruzəsi və tövsiyə qərarı müzakirəyə çıxarılacaqdır.


Komissiyanın işində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə millət vəkilləri, TÜRKPA beynəlxalq katibliyinin əməkdaşları iştirak edəcək, komissiya üzvlərinin məruzələri və çıxışları dinlənəcək, mövzu ilə bağlı fikir mübadiləsi aparılacaqdır. Türkiyə Parlamentinin sədr müavini cənab Sadık Yakutun komissiyanın iclasında iştirakı və qonaqları salamlaması nəzərdə tutulur.

Eyni zamanda iclasda, Türk Şuraşı Baş katibinin müavini cənab Qismət Gözəlov, TÜRKSOY Baş katibinin müavini cənab Fırat Purtaş, Türk Dünyası Bələdiyyələr Birliyinin Baş Katibi cənab Mustafa Başkurt və Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin dilçilik üzrə komitəsinin sədr müavini cənab Şerubay Kurmanbaylının iştirakı və çıxışları nəzərdə tutulmuşdur.

Komissiyanın iclasında, TÜRKPA-nın cari ilin iyun ayında Ankarada keçiriləcək 4-cü plenar sessiyasında təqdim edilməsi məqsədi ilə Ortaq Türk Terminologiya fondunun yaradılmasına dair əsas məsələlər barədə hesabat sənədi və gələcək fəaliyyət üçün tövsiyə qərarının qəbul edilməsi gözlənilir. Eyni zamanda Komissiyanın 3-cü iclasının yeri, tarixi və gündəliyi müəyyənləşdiriləcəkdir.

Eyni zamanda, bir öncəki iclasda qəbul edilmiş Bilge Korkut təhsil proqraminin həyata keçirilməsi ilə bağlı hesabat məruzəsi Komissiyanın sədri cənab Garifolla Yesim tərəfindən təqdim ediləcəkdir.