A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA-nın İqtisadiyyat, Ticarət və Maliyyə məsələləri komissiyasının 2-ci toplantısı keçiriləcəkdir. - Turk-PA.org
Monday, 12 April 2021, 05:27:19 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA-nın İqtisadiyyat, Ticarət və Maliyyə məsələləri komissiyasının 2-ci toplantısı keçiriləcəkdir.

04.04.2013 10:09
5 aprel 2013-cü il tarixində TÜRKPA-nın İqtisadiyyat, Ticarət və Maliyyə məsələləri komissiyasının 2-ci iclası Ankara şəhərində baş tutacaqdır. Türkiyə Böyük Millət Məclisində keçiriləcək iclasda “Türkpa üzv ölkələrində investisiya mühitinin yaxşılaşdırılması” mövzusu ilə bağlı hesabat məruzəsi və tövsiyə qərarı müzakirəyə çıxarılacaqdır.


Komissiyanın işində Qırğızıstan Parlamentinin millət vəkili, İqtisadiyyat, Ticarət və Maliyyə məsələləri komissiyasının sədri cənab Kojobek Rıspayevin başçılığı altında, Azərbaycan, Qazaxıstan və Türkiyədən millət vəkilləri, TÜRKPA beynəlxalq katibliyinin əməkdaşları iştirak edəcək, komissiya üzvlərinin məruzələri və çıxışları dinlənəcək, fikir mübadiləsi aparılacaqdır. Türkiyə Parlamentinin sədr müavini cənab Sadık Yakutun komissiyanın iclasında iştirakı və qonaqları salamlaması nəzərdə tutulur.

Eyni zamanda iclasda, Türk Şurası Baş katibinin müavini cənab Qismət Gözəlov və Türk Dünyası Bələdiyyələr Birliyinin Baş Katibi cənab Mustafa Başkurtun iştirakı və çıxışları nəzərdə tutulmuşdur.

Komissiyanın iclasında, TÜRKPA-nın 2013-cü ilin iyun ayında Türkiyədə keçiriləcək 4-cü plenar sessiyasında təqdim edilməsi məqsədi ilə Türkpa üzv ölkələrində investisiya mühitinin yaxşılaşdırılması barədə hesabat sənədi və gələcək fəaliyyət üçün tövsiyə qərarının qəbul edilməsi gözlənilir. Həmçinin Komissiyanın 3-cü iclasının yeri, tarixi və gündəliyi müəyyənləşdiriləcəkdir.

İclasda eyni zamanda, Ankarada yerləşən Azərbaycan, Qazaxıstan və Qırğızıstan səfirliklərinin nümayəndələrinin də iştirakı nəzərdə tutulur.