A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Baş Katibi və Türkiyə Parlamentinin Spikeri arasında görüş keçirilmişdir. - Turk-PA.org
Monday, 12 April 2021, 05:39:32 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Baş Katibi və Türkiyə Parlamentinin Spikeri arasında görüş keçirilmişdir.

03.04.2013 14:13
2 aprel 2013-cü il tarixində Türkiyə Böyük Millət Məclisinin sədri cənab Cemil Çiçek TÜRKPA Baş katibi cənab Ramil Həsənovu qəbul etmişdir.


TÜRKPA Baş katibi cənab Cemil Çiçekə təşkilatın son dövrlərdəki fəaliyyəti, beynəlxalq arenada günü gündən artan nüfuzu, dövlətlərarası əlaqələrin inkişafında oynadığı mühüm rol barədə ətraflı məlumat vermişdir.

10-12 iyun 2013-cü il tarixində Ankarada baş tutacaq TÜRKPA-nın 4-cü Plenar Sessiyasına hazırlıqla bağlı start verildiyini qeyd edən TÜRKPA Baş katibi Türkiyənin ev sahibliyində Plenar Sessiyanın yüksək səviyyədə keçiriləcəyini qeyd etdi.

Azərbaycan dövləti tərəfindən TÜRKPA üçün xüsusi ərazinin ayrılması və yaxın günlərdə yeni binanın inşası barədə məlumat verən Baş katib, bu addımın Azərbaycan dövləti və onun prezidentinin təşkilata nə qədər önəm verdiyinin bariz nümunəsi olduğunu qeyd etdi.

Türkiyə Parlamentinin Spikeri TÜRKPA Baş katibinə ətraflı və geniş məlumat üçün təşəkkür edərək, təşkilatın 5-ci ildönümü yubileyinə təsadüf edən Plenar Sessiyanın Ankarada yüksək səviyyədə keçirilməsi məqsədi ilə lazımı addımların atıldığını və göstərişlərin verildiyini bildirdi.

TÜRKPA-nın daimi komissiyalarının fəaliyyətinə xüsusi önəm verdiyini bildirən spiker komissiyaların qəbul etmiş olduğu hesabat məruzələri və tövsiyə qərarlarının qardaş Türk dövlətləri və onların parlamentləri arasında hərtərəfli əlaqələrin genişlənməsi, münasibətlərin dərinləşməsinə xüsusi təkan verdiyini vurğuladı.

Azərbaycan dövləti və onun prezidentinin TÜRKPA-ya xüsusi önəm verməsindən məmnuniyyət duyduğunu bildirən cənab Cemil Çiçek Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə təşəkkürlərinin çatdırılmasını Baş katibdən rica etdi.

TÜRKPA-nın Beynəlxalq Katibliyinin fəaliyyətindən razı olduğunu bildirən cənab Cemil Çiçek iqtisadi, siyasi, ticari, mədəni, təhsil və digər bir çox sahələrdə daha çox atılmalı addım olduğunu da qeyd etdi. Qardaş Türkmənistan və Özbəkistan TÜRKPA-ya qoşulmasının əsas prioritetlərdən biri olduğunu bildirən cənab Cemil Çiçek bu sahədə Beynəlxalq Katibliyinin üzərinə ciddi vəzifənin düşdüyünü bildirdi.

Səmimi qəbul üçün təşəkkür edən TÜRKPA Baş katibi Beynəlxalq Katibliyinin üzərinə düşən bütün vəzifələrin layiqincə yerinə yetirilməsi üçün əlindən gələni edəcəyini bildirdi.

Görüşdə TÜRKPA Baş katibinin müavini cənab Kürşad Melih Sarıarslan və TÜRKPA-nın beynəlxalq əlaqələr daimi komissiyasının katibi cənab Emin Həsənov da iştirak etmişdir.