TÜRKPA Beynəlxalq Katibliyinin nümayəndə heyəti Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Üzrə Müşavirənin (CICA) Komitə toplantısında iştirak edəcəkdir.
05.03.2013 12:10
TÜRKPA nümayəndə heyəti 7-8 mart 2013-cü il tarixlərində Ankarada keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Üzrə Müşavirənin İqtisadi Alt Qrupu, Xüsusi İşçi Qrupu və Yüksək Vəzifəli Şəxslər Komitəsinin toplantısında iştirak edəcəkdir. TÜRKPA CICA-nın bütün toplantılarında müşahidəçi statusu ilə iştirak etməkdədir.
Toplantı əsnasında bir neçə beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Səfər çərçivəsində nümayəndə heyətinin cari ilin 5 aprel tarixində Ankara şəhərində keçirələcək TÜRKPA-nın İqtisadiyyat, Ticarət və Maliyyə məsələləri Komissiyası və Sosial, Mədəni və Humanitar məsələləri Komissiyasının 2-ci iclaslarına hazırlıqla bağlı Türkiyə Parlamentində müxtəlif görüşlərin keçirilməsi də nəzərdə tutulmuşdur.
Səfərdə TÜRKPA Beynəlxalq Katibliyini Baş katibinin müavinləri cənab Mels Semqaliyev, cənab Kürşad Melih Sarıarslan və Beynəlxalq əlaqələr komissiyasının katibi cənab Emin Həsənov daxildir.

TÜRKPA-nın Fəali̇yyətdə olan Sədrliyi
TÜRKPA-nın fəaliyyətdə olan sədri
Anonslar
11
Apr
"Qırğız Respublikasının Konstitusiyası üzrə" referendumun müşahidəsi - 11 aprel 2021-ci il, Qırğız Respublikası
15
Apr
Elektron ticarət haqqında model qanun layihəsinin müzakirəsi üzrə seminar - 15 aprel 2021-ci il, videokonfrans
15
Apr
"COVID-19 pandemiyası kontekstində qlobal çağırışlar və təhdidlər: terrorizm və zorakı ekstremizm" mövzusunda beynəlxalq konfrans - 15 aprel 2021-ci il, videokonfrans