A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA nümayəndə heyəti ATƏT PA-nın qış sessiyasında iştirak edəcəkdir - Turk-PA.org
Sunday, 09 August 2020, 00:22:49 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA nümayəndə heyəti ATƏT PA-nın qış sessiyasında iştirak edəcəkdir

19.02.2013 11:29
21-22 fevral 2012-ci il tarixində TÜRKPA nümayəndə heyəti ATƏT PA-nın Vyana şəhərində keçiriləcək qış sessiyasında iştirak edəcəkdir. TÜRKPA artıq üç ildir ki, qonaq statusu ilə ATƏT Pa-nın fəaliyyətlərində aktiv iştirak etməkdədir.


Səfər çərçivəsində TÜRKPA Baş Katibi cənab Ramil Həsənovun Qazaxıstan, Qırğızıstan və Türkiyə nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri planlaşdırılır.

Həmçinin ATƏT Pa-nın qış sessiyası çərçivəsində TÜRKPA Beynəlxalq Katibliyinin koordinatorluğunda, TÜRKPA üzv dövlətləri nümayəndə heyətləri rəhbərlərinin iştirakı ilə birgə əməkdaşlıq imkanlarının möhkəmləndirilməsi istiqamətində müzakirələrin növbəti mərhələsi ilə bağlı görüşün keçirilməsi nəzərdə tutulur.

Səfərdə TÜRKPA Baş katibini, baş katibin müavini cənab Bektemir Ziadinov, beynəlxalq əməkdaşlıq və protokol üzrə katib cənab Anar Rəhimov və təşkilati işlər üzrə katib cənab Ələsgər Ağayev müşayiət edəcəklər.