A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri TÜRKPA Beynəlxalq Katibliyini ziyarət etmişdir. - Turk-PA.org
Wednesday, 12 August 2020, 01:34:43 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri TÜRKPA Beynəlxalq Katibliyini ziyarət etmişdir.

14.02.2013 17:48
13 fevral 2013–cü il tarixində TÜRKPA Baş katibi cənab Ramil Həsənov TÜRKPA Beynəlxalq Katibliyinin ofisində Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Alper Coşkun ilə görüşmüşdür.


Qonağı salamlayan cənab Həsənov TÜRKPA-nın fəaliyyəti, əsas məqsədləri haqqında geniş məlumat vermiş və TÜRKPA Beynəlxalq Katibliyinın türkdilli ölkələrin siyasi, sosial-iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrinin inkişaf etdirilməsinə xidmət etdiyini vurğulamışdır. Baş katib Türkiyənin Azərbaycandakı səfirliyinə və eyni zamanda Türkiyə Xarici İşlər Nazirliyinə TÜRKPA-nın fəaliyyətinə göstərmiş olduğu hərtərəfli dəstəyə görə dərin təşəkkürünü bildirmişdir.

Cənab Alper Coşkun TÜRKPA Baş katibinə geniş və ətraflı məlumat verdiyi üçün təşəkkür etmiş və Türkiyə Cümhuriyyətinin TÜRKPA Beynəlxalq Katibliyinin fəaliyyətinə xüsusi önəm verdiyini qeyd etmişdir. Cənab səfir üzv ölkələrin seçilmiş təmsilçiləri arasında effektli dialoqun davam etdirilməsinə töhfə verən əməkdaşlıq prosesində parlament diplomatiyasının rolunun böyük əhəmiyyət kəsb etdiyini qeyd etmişdir. O, üzv ölkələrin parlamentariləri arasındakı uğurlu qarşılıqlı əlaqələrin inkişafında TÜRKPA Beynəlxalq Katibliyinin tənzimləyizi rolunu yüksək qiymətləndirmiş və Beynəlxalq Katibliyə gələcək işlərində uğurlar diləmişdir.

Görüşdə Baş katibin müavinləri Mels Semgaliyev, Bektemir Ziyadinov, Kürşad Melih Sarıarslan və TÜRKPA-nın beynəlxalq əlaqələr və protokol məsələləri üzrə katibi Anar Rəhimov iştirak etmişlər.

Görüşün sonunda TÜRKPA adından cənab səfirə xatirə hədiyəsi təqdim olunmuşdur. Sonda cənab səfir öz ürək sözlərini şərəf dəftərinə yazmış və xatirə şəkili çəkilmişdir.