A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası Qazaxıstanda keçiriləcək seçkiləri müşahidə edəcək. - Turk-PA.org
Wednesday, 12 August 2020, 02:40:26 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası Qazaxıstanda keçiriləcək seçkiləri müşahidə edəcək.

15.01.2012 13:42
Türkdilli Ölkələrin Parlament Assambleyasının Beynəlxalq Müşahidəçilər Missiyası 15 yanvar 2012-ci il tarixində Qazaxıstan Respublikasında keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcəkdir. Missiyanın tərkibinə Azərbaycan və Türkiyə parlamentlərinin millət vəkilləri, həmçinin TÜRKPA Baş katibinin rəhbərliyi altında Katibliyin əməkdaşlarından ibarət nümayəndə heyəti daxildir.


TÜRKPA müşahidəçilər missiyası seçkiqabağı hazırlıq prosesini və seçkiləri Almatı şəhərində izləyəcəkdir.

Səfər çərçivəsində müşahidəçilərin Almatı Şəhər Akimatının (İcra Hakimiyyətinin) başçısı, “Nur Otan” və “Ak Jol” partiyaların nümayəndələri ilə görüşünün keçiriləcəyi də nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Qazaxıstan Respublikasının Mərkəzi Seçki Komissiyasında 8 partiyadan 386 namizəd qeydiyyatdan keçmişdir.

Müşahidəçilər seçki günü Almatı şəhərinin seçki məntəqələrində olacaq, orada səsvermənin müxtəlif mərhələlərini (məntəqələrin açılmasından başlamış, seçicilərin səslərinin hesablanmasına və seçkilərin nəticələrinin müəyyən edilməsinə qədər) izləyəcəklər.

Növbədənkənar parlament seçkilərindən sonra TÜRKPA müşahidəçilər missiyasının seçkilərin nəticələrinə dair yekun rəyi keçirilməsi nəzərdə tutulan mətbuat konfransında ictimaiətin diqqətinə çatdırılacaqdır.

Bu, TÜRKPA-nın sayca 6-cı seçki müşahidəsi olacaqdır.