A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA beynəlxalq katibliyi 2011-ci ilin yekunlarına dair mətbuat konfransı keçirmişdir. - Turk-PA.org
Saturday, 08 August 2020, 00:50:35 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA beynəlxalq katibliyi 2011-ci ilin yekunlarına dair mətbuat konfransı keçirmişdir.

16.12.2011 12:55
15 dekabr 2011-ci il tarixində TÜRKPA Beynəlxalq Katibliyi Azərbaycan Respublikasının Milli Məclisində mətbuat konfransı keçirmişdir.


Mətbuat konfransında TÜRKPA-nın Baş Katibi son bir il ərzində təşkilatın
fəaliyyəti barəsindəmətbuatı ətraflı məlumatlandırmışdır. Cari ilin təşkilat üçün öğurlu keçdiyini vurğulayaraq, Ramil Həsənov TürkPA dünyanın BPB, ATƏT, İKT kimi nüfuzlu beynəlxalq təşkilatları ilə səmərəli əməkdaşlıq etdiyini, həmin qurumlarda qonaq və müşahidəçi statusu qazandığını söyləmişdir. Fəaliyyətində açıq və şəffaf olan TürkPA bütün beynəlxalq və regional təşkilatlarla da əməkdaşlığa hazır olduğu və bununla belə qarşılıqlı müşahidəçi statusu əldə edilməsi üçün Baltik Assambleyası, həmçinin əməkdaşlığın qurulması istiqamətində Şimal Şurasıvə GUAM kimi TÜRKPA-nın qurumlarladanışıqlar aparılırdığı qeyd edilmişdir.

Görülən işlər haqqında danışan Baş Katib 2011-ci ildə Astanada keçirilən TÜRKPA-nın II plenar sessiyasındaqurulan dörd daimi komissiyanın fəaliyyətindən məlumat verdi və onların TÜRKPA qurucu dövlətlərin Parlamentlərinə Türkdilli Dövlətlər arasında qanunvericiliyin yaxınlaşdırılması məqsədi ilə təkliflər və tövsiyyə qərarların layihələrini təqdim etmək səlahiyyətində olduqlarını söylədi.

Gələcəkdə fəaliyyətə gəlincə, Ramil Həsənov ilk öncə Bişkekdə keçiriləcək TÜRKPA-nın III plenar sessiyasından məlumat verdi, parlament jurnalistləri üçün seminarın təşkil edilməsi və bir neçə beynəlxalq tədbirlərin keçirılməsini nəzərdə tutulduğunu söylədi.