A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Katibliyində Türkiyə Parlamentinin Xarici əlaqələr komissiyasının üzvləri ilə görüş keçirildi. - Turk-PA.org
Monday, 03 August 2020, 13:18:51 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Katibliyində Türkiyə Parlamentinin Xarici əlaqələr komissiyasının üzvləri ilə görüş keçirildi.

21.11.2011 12:18
21 noyabr 2011-ci il tarixində TÜRKPA Katibliyində Azərbaycana rəsmi səfərə gəlmiş Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyasının sədri, səfir cənab Volkan Bozkırın rəhbərliyi altında nümayəndə heyəti ilə görüş keçirilmişdir.



Qonaqları səmimiyyətlə salamlayan TÜRKPA-nın baş katib i cənab Ramil Həsənov, təşkilatın fəaliyyəti, görülən işlər, Assambleyanın 2-ci plenar sessiyasından sonrakı fəaliyyəti, bu yaxınlarda keçirilmiş TÜRKPA-nın İqtisadiyyat, ticarət və maliyyə məsələləri komissiyası, həmçinin beynəlxalq əlaqələr komissiyasının iclas ları ilə bağlı geniş məlumat vermiş, TÜRKPA-nın beynəlxalq əməkdaşlıq çərçivəsində bir sıra beynəlxalq təşkilatlarla əlaqələrinin qurulması və inkişafından bəhs etmişdir.

Səmimi qəbul üçün təşəkkürünü bildirən cənab Volkan Bozkır, Assambleyanın gələcək fəaliyyətinə uğurlar arzulamış, Türkiyə Parlamenti və xarici əlaqələr komissiyası olaraq, TÜRKPA-nın işinə hərtərəfli dəstək verəcəklərini qeyd etmişdir.

Görüşdə Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Hulusi Kı lıç, TÜRKPA baş katib inin müavinləri cənab Bektemir Ziyadinov və cənab Kürşad Melih Sarıarslan da iştirak etmişlər.