A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyasının 1-ci toplantısı keçiriləcəkdir. - Turk-PA.org
Wednesday, 12 August 2020, 02:02:23 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyasının 1-ci toplantısı keçiriləcəkdir.

03.11.2011 12:07
3-4 noyabr 2011-ci il tarixində TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyasının 1-ci iclası Bakı şəhərində baş tutacaqdır.


Milli Məclisdə keçiriləcək iclasda “TÜRKPA beynəlxalq əməkdaşlığının əsas aspektləri və perspektivləri” mövzusu müzakirəyə çıxarılacaqdır. Beynəlxalq Əlaqələr Komissiyasının sədri cənab Əhliman Əmiraslanovun, Qazaxıstan, Türkiyə və Qırğızıstandan iştirak edəcək komissiya üzvlərinin məruzələri və çıxışları dinlənəcək, fikir mübadiləsi aparılacaqdır.

Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin Birinci müavini cənab Ziyafət Əsgərovun komissiyanın iclasında iştirakı və qonaqları salamlaması nəzərdə tutulur. Komissiyanın iclasında, TÜRKPA-nın 2012-ci ildə Bişkekdə keçiriləcək 3-cü plenar sessiyasında təqdim edilməsi məqsədi ilə beynəlxalq əlaqələr sahəsində görülmüş işlər barədə-hesabat sənədi və gələcək fəaliyyət üçün təkliflər paketinin qəbul edilməsi gözlənilir.

Həmçinin Komissiyanın 2-ci iclasının yeri, tarixi və gündəliyi müəyyənləşdiriləcəkdir. Komissiyanın iclasında TÜRKPA Baş katibi cənab Ramil Həsənovun çıxış etməsi və təşkilatın fəaliyyəti ilə bağlı komissiya üzvlərinə məlumat verməsi də planlaşdırılır.

Eyni gün Azərbaycan Respublikası Milli Məclisinin Sədri, TÜRKPA Assambleya şurasının üzvü cənab Oqtay Əsədovun qonaqları qəbul etməsi də nəzərdə tutulmuşdur.