TÜRKPA beynəlxalq müşahidəçilər missiyası Qırğızıstanda seçkiləri müşahidə edəcəkdir.
30.10.2011 00:10
TÜRKPA beynəlxalq müşahidəçilər missiyası 30 oktyabr 2011-ci il tarixində Qırğızıstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcəkdir.
TÜRKPA missiyası namizədlər üçün yaradılmış şərait, seçki təbliğatı, seçkilərə hazırlık prosesi ilə tanış olacaq, təbliğatın qadağan olduğu günü müşahidələr aparacaq, seçki günü seçki məntəqələrində, dairə komissiyalarında olacaq, səsvermənin gedişatını izləyəcək və səslərin sayılma prosesində iştirak edəcəkdir.
Qeyd edək ki, TÜRKPA missiyası seçkilər prosesini Bişkekdə izləyəcək.
Missiyanın tərkibinə Azərbaycan, Qazaxıstan və Türkiyə millət vəkilləri və TÜRKPA Katibliyinin əməkdaşları daxildir.
TÜRKPA missiyası səfər çərçivəsində Qırğızıstan Respublikasının Mərkəzi
Seçki Komissiyasının sədri cənab Abdraimov Tuyqunalı və Xarici İşlər Naziri cənab Ruslan Kazakbayevlə görüşəcəkdir.
31 oktyabr 2011-ci il tarixində TÜRKPA beynəlxalq müşahidəçilər missiyası seçkilərin nəticələrinə dair mətbuat konfransı keçirəcək, yekun rəyi mətbuata, ictimaiətin nümayəndələrinə və beynəlxalq təşkilatlara təqdim edəcək. TÜRKPA müşahidəçiləri öz fəaliyyətini 1 noyabr 2011-ci il tarixində başa çatdıracaqdır.
Bu sayca TÜRKPA-nın 5-ci seçki müşahidəsidir. Bundan öncə TÜRKPA
Azərbaycanda, Qırğızıstanda, və Türkiyədə keçirilmiş parlament seçkilərini və
Qazaxıstanda keçirilmiş növbədənkənar prezident seçkilərini müşahidə etmişdir.

TÜRKPA-nın Fəali̇yyətdə olan Sədrliyi
TÜRKPA-nın fəaliyyətdə olan sədri
Anonslar
11
Apr
"Qırğız Respublikasının Konstitusiyası üzrə" referendumun müşahidəsi - 11 aprel 2021-ci il, Qırğız Respublikası
15
Apr
Elektron ticarət haqqında model qanun layihəsinin müzakirəsi üzrə seminar - 15 aprel 2021-ci il, videokonfrans
15
Apr
"COVID-19 pandemiyası kontekstində qlobal çağırışlar və təhdidlər: terrorizm və zorakı ekstremizm" mövzusunda beynəlxalq konfrans - 15 aprel 2021-ci il, videokonfrans