TÜRKPA-nın İqtisadiyyat, Ticarət və Maliyyə məsələləri üzrə daimi Komissiyasının 1-ci iclası keçiriləcəkdir.
27.10.2011 00:02
27-28 oktyabr 2011-ci il tarixlərində TÜRKPA-nın İqtisadiyyat, Ticarət və Maliyyə məsələləri üzrə daimi Komissiyasının 1-ci iclası Bişkekdə keçiriləcəkdir.
Qırğızıstan Parlamentinin deputatı, TÜRKPA-nın İqtisadiyyat, Ticarət və Maliyyə məsələləri üzrə daimi Komissiyasının sədri Kojobek Rıspayevin başçılığı altında keçiriləcək komissiyanın işində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərini təmsil edən üzvlər və TÜRKPA katibliyinin əməkdaşları iştirak edəcəkdir.
Komissiyada “TÜRKPA-ya üzv olan ölkələr arasında iqtisadi və ticarət əməkdaşlığının perspektivləri” mövzusu gündəliyin ana maddəsi olaraq müzakirəyə çıxarılacaqdır.
Səfər çərçivəsində komissiya üzvlərinin Qırğızıstan Respublikasının Parlamentinin sədri Ahmatbek Keldibekov və Qırğızıstan Respublikasının Xarici İşlər Naziri Ruslan Kazakbayevlə görüşləri də nəzərdə tutulmuşdur.

TÜRKPA-nın Fəali̇yyətdə olan Sədrliyi
TÜRKPA-nın fəaliyyətdə olan sədri
Anonslar
11
Apr
"Qırğız Respublikasının Konstitusiyası üzrə" referendumun müşahidəsi - 11 aprel 2021-ci il, Qırğız Respublikası
15
Apr
Elektron ticarət haqqında model qanun layihəsinin müzakirəsi üzrə seminar - 15 aprel 2021-ci il, videokonfrans
15
Apr
"COVID-19 pandemiyası kontekstində qlobal çağırışlar və təhdidlər: terrorizm və zorakı ekstremizm" mövzusunda beynəlxalq konfrans - 15 aprel 2021-ci il, videokonfrans