A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Bakıda “XXI ƏSRDƏ QADINLARIN ROLU: QADIN SİYASƏTÇİLƏRİN MƏSULİYYƏTİ” adlı beynəlxalq konfrans keçirəcək. - Turk-PA.org
Wednesday, 12 August 2020, 02:33:59 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Bakıda “XXI ƏSRDƏ QADINLARIN ROLU: QADIN SİYASƏTÇİLƏRİN MƏSULİYYƏTİ” adlı beynəlxalq konfrans keçirəcək.

03.10.2011 23:43


Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın Dövlət Müstəqilliyinin 20-ci ildönümü münasibəti ilə Türkdilli Ölkələrin Parlament Assambleyası(TÜRKPA) tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinin ev sahibliyində “XXI ƏSRDƏ QADINLARIN ROLU: QADIN SİYASƏTÇİLƏRİN MƏSULİYYƏTİ” adlı Beynəlxalq Konfransın keçirilməsi nəzərdə tutulmuşdur. Konfrans “Lider Qadınlar” İctimai Birliyi, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyi(TİKA) və “Dialoq Avrasiya” Beynəlxalq təşkilatının Azərbaycan Nümayəndəliyinin əməkdaşlığı ilə həyata keçiriləcəkdir.

Konfrans bu gün cəmiyyətin bütün sferalarında qadınların artan rolu, onların sülh və sabitlik, idarəetmə, qərar qəbulu səviyyəsində artan iştirakı fonunda xüsusən türkdilli ölkələrin qadınları arasında əlaqələrin daha da yaxşılaşmasına, təcrübə mübadiləsinə xidmət etmək məqsədi ilə keçirilir. Konfrasda əsas müzakirələrdə dünyanın qlobal problemlərinin həllində qadın siyasətçilərin məsuliyyəti də gündəmə gələcəkdir.

Konfrans 3 oktyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisində keçiriləcəkdir