A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA parlamentlərarası əməkdaşlığı davam edir. - Turk-PA.org
Sunday, 09 August 2020, 01:10:35 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA parlamentlərarası əməkdaşlığı davam edir.

19.09.2011 22:39


19-25 sentyabr 2011 tarixləri arasında TÜRKPA Katibliyinin koordinatorluğunda, Qırğızıstan Parlamentinin bir qrup əməkdaşı Türkiyə Böyük Millət Məclisində mübadilə proqramında iştirak edəcəkdir. Proqram çərçivəsində Qırğızıstan Respublikasının Parlamentinin Aparatının əməkdaşları Türkiyə Parlamentinin Hüquq və Dövlət Quruculuğu, İnformasiya Texnologiyaları, Daimi Komisiyalarla iş, Beynəlxalq Əlaqələr və Protokol, Arxiv İşləri, İqtisadi və Sosiyal Qanunvericilik şöbələrində seminar mühazirələrə qatılacaqlar. Həmçinin nümayəndə heyətinin Türkiyə Parlamentinin Aparat rəhbəri Sadettin Kalkanla görüşü nəzərdə tutulur.

Türkdilli ölkələr arasında parlamentlərarası aməkdaşlığa xidmət edən TÜRKPA-nın sayca 4- cü layihəsidir. Bunadək Azərbaycan, Türkiyə və Qazaxıstan parlamentləri arasında mübadilə proqramları uğurla keçirilmişdir. Layihənin gedişatında TÜRKPA katibliyindən Baş katibin müavinləri Bektemir Ziyadinov və Kürşad Sarıarslan iştirak edəcəklər.

Layihənin bütün maliyyə xərclərini Türkiyənin Nazirlər Kabinetinə bağlı olan “TİKA” təşkilatı öz üzərinə götürmüşdür.