A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Baş katibinin başçılığı altında nümayəndə heyəti Astanaya səfər edəcəkdir. - Turk-PA.org
Sunday, 09 August 2020, 00:06:05 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Baş katibinin başçılığı altında nümayəndə heyəti Astanaya səfər edəcəkdir.

27.06.2011 15:39
27 iyun – 1 iyul tarixlərində TÜRKPA Baş katibi cənab Ramil Həsənovun rəhbərliyi altında nümayəndə heyəti Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinə səfər edəcəkdir. Səfər çərçivəsində TÜRKPA Baş Katibinin İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyasında iştirakı nəzərdə tutulur.


56 ölkənin xarici işlər nazirlərinin iştirak edəcəyi sessiyada TURKPA Baş katibinin TÜRKPA-nın fəaliyyəti, həmçinin TÜRKPA-nın İKT, və İKT PA arasında əməkdaşlıq mövzusunda çıxışı planlaşdırılır.

TÜRKPA Baş Katibinin eyni zamanda Qazaxıstan Respublikası Xarici İşlər Naziri cənab Yerjan Kazıxanov və Türkiyə Respublikası Xarici İşlər Naziri cənab Əhməd Davudoğlu ilə görüşü nəzərdə tutulur. Səfər proqramına cənab Ramil Həsənovun TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri cənab Ural Muxamedjanovla görüşü də daxil edilmişdir.

TÜRKPA-nın fəaliyyətdə olan sədri ilə göruşdə TÜRKPA-nın perspektiv planları, beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi və inkişafı, təşkilatın yeni qurulmuş komissiyalarının ilk toplantılarının keçirilməsi ilə bağlı müzakirələrin aparılacağı nəzərdə tutulur.