A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş Katibi cənab Ramil Həsənov İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumunun dəvətilə “Cənub-Şərqi Avropada sabitlik və əməkdaşlıq naminə” beynəlxalq konfransda iştirak e - Turk-PA.org
Tuesday, 24 November 2020, 21:41:22 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş Katibi cənab Ramil Həsənov İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumunun dəvətilə “Cənub-Şərqi Avropada sabitlik və əməkdaşlıq naminə” beynəlxalq konfransda iştirak e

17.06.2010 14:36
Türkdilli Ölkələrin Parlament Assambleyasının(TÜRKPA) Baş Katibi cənab Ramil
Həsənov İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumunun dəvətilə 20-23 iyun 2010-cu il tarixində Türkiyə Respublikası İstanbul şəhərində keçiriləcək “Cənub-Şərqi Avropada sabitlik və əməkdaşlıq naminə” beynəlxalq konfransda iştirak edəcəkdir.

Balkan ölkələri,Yunanıstan, Rumıniya, Bolqarıstan, Rusiya, Ukrayna, Moldova, Türkiyə, Azərbaycan, Gürcüstan və digər qonşu ölkələrdən, həmçinin Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesinə üzv ölkələrdən millət vəkillərinin, siyasətçilərin, diplomatların, beynəlxalq təşkilatların nümayəndələrinin və gənc liderlərin iştirak edəcəyi konfransda müxtəlif mədəniyyətlərə, siyasi görüşlərə, təhsilə sahib ölkələr arasında sabitliyin qorunub saxlanılması, əməkdaşlığın gücləndirilməsi, mövcud münaqişələrin həllində dözümlük faktoru kimi məsələlər geniş müzakirə aspektinə çevriləcəkdir.

Konfransda qəbul olunacaq bəyanat və qərarlar, həmçinin 23 iyun 2010-cu il tarixində keçiriləcək Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesinə üzv ölkələrin Xarici İşlər Nazirlərinin, dövlət və hökümət rəhbərlərinin sammitinə müzakirə olunması məqsədilə təqdim ediləcəkdir. TÜRKPA Baş Katibi cənab Ramil Həsənov konfransda “Beynəlxalq hüququn güclənməsində parlament demokratiyasi” adlı məruzə ilə çıxış edəcəkdir.