A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Baş Katibi Türk Şurasının Diasporla İş üzrə Nazirləri və Təşkilat Rəhbərlərinin Birinci Toplantısında iştirak edəcəkdir. - Turk-PA.org
Wednesday, 12 August 2020, 01:39:56 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Baş Katibi Türk Şurasının Diasporla İş üzrə Nazirləri və Təşkilat Rəhbərlərinin Birinci Toplantısında iştirak edəcəkdir.

22.01.2013 10:30
24-25 yanvar, 2013-cü tarixində TÜRKPA Baş Katibi cənab Ramil Həsənovun başçılığı altında TÜRKPA nümayəndə heyəti Azərbaycan Respublikası Diaporla İş üzrə Dövlət Komitəsinin ev sahibliyində Bakıda keçiriləcək Türk Şurasının Diasporla İş üzrə Nazirləri və Təşkilat Rəhbərlərinin Birinci Toplantısında iştirak edəcəkdir.


Toplantıda Türk Şurasının çətiri altında Türkdilli ölkələrin Diaspora təşkilatları arasında Əlaqələndirici Komitəsinin yaradılması nəzərdə tutulur. Eyni zamanda tədbirdə Türk diaspora təşkilatları üçün birgə strategiyanın müəyyənləşdirilməsi, dünya miqyasında Türk diasporasının mövcud vəziyyəti və potensialı, diaspor təşkilatlarının mədəni və sosial fəaliyyətlərinin də daxil olduğu məlumatların paylanmasını təmin edəcək internet saytınınn yaradılması və digər ümumi maraq doğuran məsələlər müzakirə ediləcəkdir.

Toplantıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi səfir cənab Halil Akıncı, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri cənab Nazim İbrahimov, Türkiyə Respublikası Baş Nazirinin müavini cənab Bekir Bozdağ, Azərbaycanda akreditə olunmuş Türkdilli dövlətlərin diplomatik missiyalarının nümayəndələri, həmçinin Qazaxıstan, Qırğızıstan və Türkiyənin diaspor fəaliyyətini koordinasiya edən qurumlarının nümayəndə heyətləri iştirak edəcəklər.